1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanda “Fanta”-nın yeni növü - “Fanta Vitamin C” təqdim edilib
05.04.2019

Bakı, FinanceTime. Bu yaxınlarda Azərbaycanın sərinləşdirici içki bazarına yeni “Fanta Vitamin C” adlı məhsul təqdim edilib.Yeni satışa çıxan“Fanta Vitamin C” məhsuluna adından da göründüyü kimi, vitamin C əlavə edilib. Dünya istehlakçılarının ən sevilən içkilərindən olan möhtəşəm sitrus dadlı “Fanta”məhsulunun yeni növünün qiymətində heç bir dəyişiklik yoxdur.Yeni “Fanta Vitamin C” məhsulu hazırda Braziliya, Yaponiya və Rusiya kimi ölkələrdə satışadır.

“Fanta” ticarət nişanının məxsus olduğu Coca-Cola şirkətinin məlumatına əsasən,  yeni təqdim olunmasına baxmayaraq, “Fanta Vitamin C” məhsulunun satışlarının artması alıcılar tərəfindən sevildiyinin göstəricisidir. Həmçinin bildirilir ki, 250ml “Fanta Vitamin C” insanın bir günlük C vitamininə ehtiyacının yarısını təmin etmiş olur.

1940-cı ildə Almaniyada kəşf olunan Fanta “Coca-Cola” şirkətinin dəyəri 1 milyard dolları keçən 21 brendindən biridir. “Coca-Cola” şirkətinin məhsul portfelinə daxil olan 500-dən çox brendin içərisində Fanta həm böyüklər, həm də gənc istehlakçılar tərəfindən çox sevilənlərdəndir. Fanta içkisi ənənəvi olaraq dünyanın hər yerində, eyni zamanda Azərbaycanda da ən çox satılan sərinləşdirici içkilərdəndir. Daha dəqiq desək, “Fanta” “Coca-Cola”-dan sonra dünyada və Azərbaycanda ikinci ən çox satılan sərinləşdirici alkoqolsuz içkidir.

Bu narıncı içkinin adının yaranması ilə bağlı bir neçə fərziyyə var.Fərziyyələrdən biri “Fanta” adının “fantaziya” sözündən, digəri isə bu qazlı içkinin fantastik parlaq rəngə və təravətləndirici dada malik olduğu üçün “fantastik” sözündən yaranmış olmasıdır.Bütün dillərdə rahat tələffüz olunmasına görə içki “Fanta” adlandırılmışdır. Dünyada 90 növü mövcud olan içkinin Azərbaycanda 4 növü təqdim olunur: “Fanta Portağal”, “Fanta Alma”, “Fanta Armud” və “Fanta Sitrus”.

Dünyanın ən böyükalkoqolsuz içki istehsalçısı olan “Coca-Cola” şirkəti alıcılarına 500 brenddən çox qazlı və qazsız içki təqdim edir. Ən bahalı və tanınmış “Coca-Cola” brendi ilə yanaşı, şirkətin portfelinə 21 brend daxildir. Onların hər birinin dəyəri 1 milyard dollardan çox təşkil edir, belə ki, 19 növü az kalorili və ya ümumiyyətlə kalorisizdir. Sözügedən içkilərə “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “Vitaminwater”, “Powerade”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “FUZETEA”, “Del Valle”, “Innocent” və “Smartwater” daxildir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment