1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Youth Inc. və INNOLAND arasında memorandum imzalandı
05.04.2019

Bakı, FinanceTime. 4 Aprel tarixində keçirilən tədbirdə “Youth Inc.” Sahibkarlıq Proqramı və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb.

İmzalanan memorandum çərçivəsində hər iki mərkəzin tədris və praktiki metodikalarının, gənc ideya sahibləri və startapçıların qarşılıqlı mübadiləsi və inkişafı üçün nəzərdə tutulub. Memoranduma əsasən təcrübə və istedad mübadiləsi ilə yanaşı, birgə demo turlar, təlimlər də təşkil olunacaqdır.

Keçirilən tədbirdə həmçinin “Youth Inc.” Sahibkarlıq Proqramının koordinatoru Zaur Ünsizadə və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim öz çıxışlarında imzalanan memorandumun qarşılıqlı fəaliyyətin daha da böyüməsinə böyük təkan verəcəyini və hər iki mərkəzin startap ekosisteminin genişlənməsi üçün atacağı addımlardan bəhs edib. Çıxışlarda memorandum əsasında görüləcək işlərin ölkəmizdə gənc startapçıların və biznes ideyaların inkişaf edərək yerli və beynəlxalq bazara çıxmasına dəstək olacağı da qeyd edilib. Bundan əlavə çıxışlarda ölkəmizdə startap ekosisteminin və KOS-un inkişafına dəstək verilməsi və gənc ideya sahiblərinə imkanların yaradılması üçün bu tipli əməkdaşlıqların müsbət qiymətləndirildiyi qeyd edilib.

Baş tutan tədbirdə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu, Kiçik və Orta Sahibkarlığa Dəstək Agentliyi və digər qurumların nümayəndələri iştirak edib.

“INNOLAND” kovörkinq, inkubasiya, akselerasiya və İT təlim-tədris mərkəzindən ibarətdir. Buradakı “Kovörkinq” mərkəzi startaplar, proqramçılar, innovasiyalar sahəsində tək və ya kiçik komanda ilə işləyən şəxslər üçün sərfəli və bir çox imkanları özündə birləşdirən iş yeridir. “İNNOLAND”də fəalliyyət göstərəcək “Kovörkinq” mərkəzi həftənin 7 günü 24 saat giriş imkanına, yüksək sürətli internetə, vahid məlumat köşkünə, mentor dəstəyinə malikdir.

Qeyd edək ki, “Youth Inc.” Sahibkarlıq Proqramı 2012-ci ildən fəaliyyətə başlayaraq, 2015-ci ildən Biznes İnkubasiya Mərkəzi ilə xidmət göstərir. Fəaliyyəti dövründə “Youth Inc.” tərəfindən 16 startap fəaliyyətə başlamış, 34 biznesə dəstək göstərilmiş, 200-dən çox iş imkanı yaradılmış və ümumilikdə 8000-dən çox gənc əhatə edilmişdir. “New Generation” layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”-un dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment