1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank-ın rəhbərliyində yeni təyinatlar
04.04.2019

AccessBank yeni struktur dəyişikliyini elan edib.

Bakı, FinanceTime. Elşən Pirmalıyev və Natia Beria baş direktor vəzifəsinə təyin olunublar. Elşən Pirmalıyev bu vaxtadək Biznes və Pərakəndə Müştərilər üzrə İcraçı Direktor vəzifəsini tutub. Natia Beria isə AccessBank komandasına Baş bankir kimi fəaliyyət göstərdiyi Inspiring Development GmbH şirkətindən qoşulub.


Qeyd edək ki, bunadək AccessBank-da baş direktor vəzifəsi olmayıb.


Bununla yanaşı, Vaqif Babayev Kiçik və Orta Biznes müştəriləri, Günay Cəlilova Korporativ Bankçılıq və Marketinq, Fəridə Pirverdiyeva Maliyyə və Beynəlxalq əlaqələr, Səbuhi Süleymanlı isə Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası üzrə icraçı direktor təyin olunublar. Bu təyinatadək Vaqif Babayev və Səbuhi Süleymanlı eyniadlı departamentlərin direktoru vəzifələrində çalışıblar.


Yeni vəzifədə Günay Cəlilova Korporativ bankçılıq və Marketinq departamentlərinə, həmçinin Müştərilərlə əlaqə mərkəzinə kurasiya edəcək. Fəridə Pirverdiyevanın nəzarətində isə beynəlxalq əlaqələr, maliyyə hesabatlılığı və xəzinədarlıq kimi istiqamətlər olacaq.


Beləliklə, risk idarəçiliyi və tədqiqatlar istiqamətini kurasiya edən Nizami Qədirov və maliyyə nəzarəti bloku üzrə məsul olan Elşən Hacıyevlə birlikdə bankdakı icraçı direktorların sayı altıya yüksəlib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment