1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” SŞ nümayəndəsi elmi konfransda aqrar sığorta haqda təkliflə çıxış edib
04.04.2019

Bakı, FinanceTime.  “Atəşgah”Sığorta Şirkəti Gəncə filialının direktor müavini Orxan Qurbanov “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda Respublika elmi-praktiki konfransında iştirak edib.

O, konfransda çıxış edərək dünyada kənd təsərrüfatı sahəsində ənənəvi sığorta növündən əlavə, qeyri-ənənəvi - indeksli sığortanın getdikcə daha çox əhəmiyyət qazandığını bildirib.

Qurbanovun sözlərinə görə, indeksli sığorta modeli, əkin sahələrinə dəyən ziyan üzrə sığorta ödənişinin bəzi indekslərin razılaşdırılmış həddi-müəyyən bir parametr göstəricisini  aşdığı təqdirdə həyata keçirilir.

"Belə bir parametr göstəricisi müəyyən bir dövr üçün yağıntının miqdarı və ya temperatur həddi ola bilər. Ənənəvi kənd təsərrüfatı sığorta modelindən fərqli olaraq indeksli sığorta üzrə administrativ xərclər nisbətən az olur. Bu cür modelin Azərbaycanda tətbiqi məqsədə uyğun olardı. Artıq inkişaf etməkdə olan bir çox ölkələr fərdi və 20-yə yaxın institusional səviyyədə indeks sığortası proqramlarını təqdim etmişlər və bu təcrübədən kifayət qədər yeni biliklər eldə etmək olar" - deyə o, qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli  Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə “Aqrar sığortanın inkişaf etdirilməsi” prioritetinin reallaşması məsələlərinin müzakirə olunması məqsədilə təşkil olunmuş konfransda aqrar iqtisadiyyatda müasir yeniliklər, kənd təsərrüfatında risk və qeyri-müəyyənliyin idarə olunması, aqrar sığortada hidrometroloji proqnozlar, sığorta statistikası və digər mövzuların əhatə olunduğu məruzələr dinlənilib.

.----------------------------------------------------------------------------------------------------------------------------

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-cı ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment