|
|
|
Fond birjası | | | Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir |
04.04.2019 | |
| |
Bakı, FinanceTime. 3 aprel 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101473S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 10 investor tərəfindən qiyməti 99.3432 AZN (8.50%) ilə 99.4581 AZN (7.01%) arasındaolan 18 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 371,307,200.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4581 AZN (7.01%), orta ölçülmüş qiyməti 99.4581 AZN (7.01%)müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250,000,000.00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 01.05.2019
|
|
|
|