1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank iqtisadi islahatlarla bağlı konfransda iştirak edib
04.04.2019

Bakı, FinanceTime. Kapital Bank 29 mart 2019-cu il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda iştirak edib.

Tədbir zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı, OECD-in Qlobal Əlaqələr Katibliyinin Avrasiya bölməsinin rəhbəri Vilyam Tomson, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimovavə Kapital Bank-ın Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə mövzu ilə bağlı çıxışlar ediblər. Beynəlxalq konfransda İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.EnterpriseAzerbaijan.com portalı təqdim olunub.

“Dövlət qurumlarının son dövrlərdə apardığı məqsədyönlü işlərin nəticəsində sahibkarların rəsmi dövriyyələri artır, həmçinin maliyyə əlçatanlığı asanlaşır.İri korporativ müştərilərlə yanaşı Kiçik və Orta Sahibkarlıq subyektlərinin də ölkə iqtisadiyyatında mühüm rol alması biz bankların ən prioritet istiqamətlərindən biridir. Kapital Bank olaraq bu prosesi yaxından izləyir və bu inkişafa öz töhfələrmizi veririk. Kiçik və Orta Sahibkarlığın inkişafı istiqamətində bir sıra yeni məhsullarımızı müştərilərin ixtiyarına vermişik”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə bildirib.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Yeni məhsullardan olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər Kapital Bank-ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment