1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


İcbari Sığorta Bürosunun Himayəçilər Şurasına yeni sədr təyin edildi
03.04.2019

 Bakı, FinanceTime.  “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Allahverdi oğlu Əliyev “İcbari Sığorta Bürosu” nun Himayəçilər Şurasına yeni sədr təyin edilib.

“Bildiyiniz kimi “Atəşgah” SŞ artıq 5 ildir ki, İcbari Sığorta Bürosunun üzvüdür. İnanıram ki, bu yeni təyinat həm respublikamızda fəaliyyət göstərən sığorta şirkətlərinin, həm də büronun işlərinə öz müsbət töhfəsini verəcək. Bu vəzifəni icra etdiyim müddət ərzində ölkəmizdə icbari sığorta sisteminin sabitliyi və inkişafının təmin edilməsi yolunda bütün gücümü səfərbər edəcəyəm.”, - deyə Azər Əliyev bildirib.

İcbari Sığorta Bürosu, ali idarəetmə orqanı -  Himayəçilər Şurası və icra orqanı olan İcraçı direktor tərəfindən idarə olunur. Şura üzvlərinin tərkibinə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi, iştirakçı sığortaçıların isə üç nümayəndəsi daxildir.

Qeyd edək ki, Azər A. Əliyev bir müddət öncə Azərbaycan Sığortaçılar Assosasiyası İctimai Birliyinin sədri vəzifəsinə təyin olunub. 

-------------------------------------------------------------------------------------------------------------

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-cı ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment