1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Yeni “BirKart BOKT” fəaliyyətə başladı
03.04.2019

Bakı, FinanceTime. Kapital Bank-ıntəsis etdiyi yeni “BirKart BOKT” MMC-nin ilk filialı fəaliyyətə başladı. Filial Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 130D ünvanında olan Maxi.az mağazasında (İnşaatçılar metro stansiyasının yaxınlığında) yerləşir. Filial bazar ertəsi–cümə günü saat 11:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 20:00-dək müştərilərə xidmət göstərir.

Bunu yaratmaqda əsas məqsəd partnyor mağazalarda və digər satış nöqtələrində müştərilərə faizsiz taksit imkanı verən kartın rəsmiləşdirilməsidir. Bununla da müştərilər mağazadan kənara çıxmadan, BirKart məhsulunu əldə etmək və istədiyi məhsulu faizsiz taksit şərtləri ilə almaq imkanı əldə edirlər. Yaxın zamanlarda daha bir neçə filialın açılması planlaşdırılır və qanunvericiliklə icazə verilən digər xidmətlər də müştərilərə təqdim olunacaq.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

Bu kartları məvacib və təqaüdünü Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm “BirKart BOKT” MMC filiallarına, həmçinin Kapital Bank-ın istənilən digər filiallarına müraciət edə bilərlər. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

Məlumat üçün bildirək ki, “BirKart BOKT” MMC, Kapital Bank ASC tərəfindən təsis edilib və 5 noyabr 2018-ci il tarixindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilən lisenziya əsasında fəaliyyətə başlayıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment