1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib
02.04.2019

Bakı, FinanceTime. Əhalinin sosial rifahının daha da yaxşılaşdırılması üçünAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi iləölkədə köklü sosial-iqtisadiislahatlar aparılmış, bir çox dövlət əhəmiyyətli qərarlar qəbul edilmiş və fərmanlar imzalanmışdır.

Bu sənədlərin biri dəAzərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cuil tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanıdır. Əhalinin ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə dövlət dəstəyini ehtiva edən bu Fərman, devalvasiya nəticəsində borc yükü artmış şəxslərin rifah halının yaxşılaşdırılmasına, onların banklar qarşısında öhdəliklərinin icrasına dəstək olmaqla yanaşı, maliyyə-bank sisteminin dayanıqlı inkişafının təmin edilməsinə xidmət edir.

Fərmanda göstərilən əsas məsələlərlə bərabər 6.3-cü maddəsində banklara fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək tövsiyə edilmişdir. Bu tövsiyələrin icrası məqsədi ilə bank icması da öz növbəsində görülməli olan ilkin dəstəkləyici tədbirlər müəyyən etməkdədir.

Bununla əlaqədar olaraq, 29 mart 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir. İclasdayekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 (min) AZN qədər kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilmişdir.

Bundan sonra da banklara bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə edilmişdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment