1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


"AccessBank"dan "Diqlas"dakı sahibkarlara dəstək!
02.04.2019

Bakı, FinanceTime.  "AccessBank"ın İdarə Heyəti "Diqlas" ticarət mərkəzində baş verən yanğın nəticəsində zərər çəkən müştərilərinin kreditlərinin restrukturizasiyası barədə qərar qəbul edib.

"AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənovun sözlərinə görə, yanğın baş verəndən sonra bankda müvafiq komissiya yaradılıb. Sədr qeyd edib ki, yanğın nəticəsində zərər çəkən müştərilərin kreditlərinin restrukturizasiyası barədə qərar həmin komissiyanın topladığı məlumatlara əsasən qəbul edilib: "Qərara əsasən, 2019-cu ilin aprelin 2-dən etibarən maddi zərərlə üzləşmiş müştərilərin cari mikro kreditlər üzrə 6 ayadək güzəşt müddəti verilə bilər. Güzəşt müddəti ərzində illik faiz dərəcəsi 10% təşkil edəcək. Qeyd edim ki, komissiya işini davam etdirir və toplanan məlumatlar əsasında biz gələcəkdə əlavə güzəştlərin edilməsini də nəzərdə keçirə bilərik".

Anar Həsənov onu da bildirib ki, bankın təklif etdiyi güzəştdən 31 sahibkar faydalana bilər. Sədr əlavə edib ki, restrukturizasiya olunacaq portfelin həcmi 200 min manatdan çoxdur.

"Dövlət ticarət mərkəzində baş verən yanğın nəticəsində zərərlə üzləşən sahibkarlara öz dəstəyini verdi. "AccessBank" da belə çətin günlərdə müştərilərinə dəstək verməyi özünə borc bildi", - deyə o vurğulayıb.

Qeyd edək ki, "AccessBank" hər zaman çətinliklə üzləşən müştərilərinə yardım əlini uzadıb.

"Diqlas" ticarət mərkəzində yanğın martın 26-da səhər saatlarında baş verib. 

Prezident İlham Əliyev martın 29-da yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə dövlət büdcəsindən ilkin olaraq 3 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Maliyyə Nazirliyi artıq bu vəsaiti İqtisadiyyat Nazirliyinin hesabına köçürüb. Yaxın vaxtda sahibkarlara kompensasiyaların ödənilməsinə başlanılacaq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment