1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanda Avropa Pul Viktorinasının Milli Mərhələsi keçirilmişdir
02.04.2019

Azərbaycan Respublikasının Mərkəzi Bankının məumatına əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”, həmçinin Prezidentin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” icrası ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də Qlobal Pul Həftəsi çərçivəsində Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş Avropa Pul Viktorinasının (Europian Money Quiz) milli mərhələsi olmuşdur.

Otuz iki bank assosiasiyasını birləşdirən Avropa Banklar Federasiyasının üzv ölkələri arasında təşkil etdiyi Avropa Pul Viktorinası məktəblilərin maliyyə savadlılığının artırılmasını dəstəkləmək məqsədilə keçirilir. Məhz buna görə də viktorinada iştirak edən 13-15 yaşlı məktəblilərə əsasən bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar təqdim olunur. Qaydalara uyğun olaraq, vitorinanın milli mərhələri iştirakçı ölkələrdə, final mərhələsi isə Belçikanın Brüssel şəhərində təşkil edilir.

Layihənin əhəmiyyətini və yarışmada 30-a qədər ölkənin iştirak edəcəyini nəzərə alaraq, Azərbaycan məktəbliləri bu il ilk dəfə viktorinaya qoşulmuşlar. Azərbaycanda təşkil olunan milli mərhələ 2 turda keçirilmişdir. Birinci turda viktorinada iştirak etmək üçün müraciət etmiş 500-dən artıq şagird arasında keçirilmiş ilkin test imtahanında onların bilikləri qiymətləndirilmiş və ən yüksək göstəriciləri olan 106 nəfər II turda iştirak hüququ qazanmışdır. Bu turda şagirdlərin seçimi yarışın formatına uyğun iqtisadi mövzuları əhatə etmişdir. Qeyd edək ki, hər 2 turun seçimləri Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabe məktəblər və özəl təhsil müəssisələrinin şagirdləri arasında aparılmışdır.

Yekunda, I, II və III yerləri bölüşmüş qaliblərə mükafatlar, digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunmuşdur. Viktorinanın qaydalarına əsasən, I yerin qalibləri – 257 nömrəli məktəbin şagirdi Fərid Rəcəbov və 220 nömrəli məktəbin şagirdi Pərviz Fərzəliyev, ölkəmizi cari ilin 6-7 may tarixində Brüsseldə keçiriləcək Avropa Pul Viktorinasının final mərhələsində təmsil edəcəkdir.

Mərkəzi Bank müxtəlif hədəf qrupların maliyyə savadlılığının artırılmasına yönəlmiş maarifləndirmə və təbliğat işlərini genişləndirərək müvafiq Strateji Yol Xəritəsi və Dövlət Proqramından irəli gələn tədbirləri icrasını davamlı həyata keçirəcəkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment