1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


VTB (Azərbaycan) kartları üzrə nağdsız ödənişlərin həcmi 85% artıb
01.04.2019

Bakı, FinanceTime.  2019-cu ilin iki ayı ərzində VTB (Azərbaycan) kartları üzrə nağdsız ödənişlərin həcmi 85% artaraq 2,7 mln manatı keçib. Əməliyyatların sayı 69% artaraq 27 mindən çox olub. Əməliyyatların 40% xarici ölkələrdə aparılan ödənişlərin payına düşür.

Nağdsız əməliyyatlar üzrə aktivliyin artması onlayn-xidmətin istifadəsinin rahatlığı ilə yanaşı, kart hesabının artırılması əməliyyatı üzrə komissiya haqqının aşağı salınması ilə də əlaqəlidir.

Bundan başqa VTB (Azərbaycan)-da nağdsız ödənişlərin stimullaşdırılması üzrə aksiya davam edir. Aksiyada iştirak üçün 10 aprel 2019-cu il tarixinədək bankın kartları vasitəsilə 20 manat məbləğindən başlayaraq ən azı 5 nağdsız ödəniş etmək tələb olunur. Daha çox ödəniş etmiş üç müştəri aksiyanın qalibi olacaq. Onlar müvafiq olaraq 200,100 və 50 manat məbləğində pul mükafatı əldə edəcək. Aksiyanın nəticələri 10 aprel 2019-cu il tarixindən sonra müəyyənləşəcək və qaliblər xüsusi SMS-xəbərdarlıq vasitəsilə məlumatlandırılacaq.

Müştərilər nağdsız əməliyyatları ölkə daxilindəki ticarət nöqtələrində və elektron kommersiya vasitəsi ilə həyata keçirə bilər. Nağd vəsaitin çıxarılması, istənilən növ kart köçürmələri, kreditlərin ödənişi üzrə əməliyyatlar və qaytarma əməliyyatları hesablanmada nəzərə alınmayacaq.

Aksiya müddətində VTB (Azərbaycan) ödəniş kartlarının sahibləri internet və mobil bank vasitəsilə hesabın artırılması, eləcə də cari hesabdan depozit və əmək haqqı kartına vəsaitin köçürülməsi kimi xidmətləri komissiyasiz həyata keçirə bilər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment