1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank hədiyyə kartlarını təqdim edir
01.04.2019

Bakı, FinanceTime. Kapital Bank müştərilər üçün yeni “Kapital Gift” adlı hədiyyə kartlarını təqdim edir. Adsız olan yeni kartları əldə edən müştərilər onu hədiyyə qismində yaxınlarına verə bilərlər. Kartlar vasitəsilə Kapital Bank-ın POS terminallarında əməliyyat etmək və ya Kapital Bank bankomatlarından vəsait nağdlaşdırmaq mümkündür.

İstifadə müddəti 1 il olan kartlar 50 AZN və 100 AZN dəyərində olmaqla, müvafiq olaraq 51 manat və 102 manat məbləğə təklif olunur. Bu kartları Kapital Bank-ın Mərkəz, Yasamal, Səbail və Gənclik Mall filiallarında əldə etmək olar. Yaxın gələcəkdə bu kartlar bankın digər filiallarında da, əlavə olaraq 200 AZN və 500 AZN nominalında olanlarla birgə müştərilərə təklif olunacaq.

Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyonayaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. Kapital Bank-ın ölkə üzrə 700-dək bankomatı, 10 000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment