1 USD 1.7000   1 EUR 1.8907   1 AED 0.4628   1 ARS 0.0292   1 AUD 1.1612   1 BRL 0.4081   1 BYN 0.8341   1 CAD 1.2940   1 CHF 1.7217   100 CLP 0.2388   1 CNY 0.2402   1 CZK 0.0735   1 DKK 0.2531   1 EGP 0.1047   1 GBP 2.1838   1 GEL 0.5724   1 HKD 0.2168   100 IDR 0.0120   1 ILS 0.4796   1 INR 0.0239   100 IRR 0.0040   100 JPY 1.5657   1 KGS 0.0241   100 KRW 0.1440   1 KWD 5.6025   1 KZT 0.0044   100 LBP 0.1126   1 MDL 0.0978   1 MXN 0.0885   1 MYR 0.4065   1 NOK 0.1851   1 NZD 1.0826   1 PLN 0.4414   1 RUB 0.0265   1 SAR 0.4532   1 SDR 2.3394   1 SEK 0.1752   1 SGD 1.2458   1 TJS 0.1754   1 TMT 0.4857   1 TRY 0.2924   1 TWD 0.0556   1 UAH 0.0684   100 UZS 0.0180   1 XAG 29.7952   1 XAU 2535.7114   1 XPD 2996.6411   1 XPT 1506.8120   1 ZAR 0.1145   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Kamran Beydullayev

«Mərkəzi Gömrük Hospitalı»,
m.r.c.s., ümumi cərrah, transplantoloq
ətraflı məlumat
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 













Digər xəbərlər


Vergi qanunvericiliyindəki son dəyişikliklərin turizm sahəsində tətbiqi ilə bağlı tədbir keçirilib
27.03.2019

Bakı, FinanceTime. 27 martda Dövlət Turizm Agentliyinin və Vergilər Nazirliyinin təşkilatçılığı ilə turizm sənayesinin iştirakçıları üçün vergi qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı “Vergi Məcəlləsinə 2019-cu ildə edilən əlavə və dəyişikliklər: yeni qaydaları (e-qaimə) turizm sənayesində necə tətbiq etməli?” mövzusunda məlumatlandırıcı xarakterli tədbir keçirilib. Tədbirdə e-qaimənin turizm sektorunda tətbiqi ilə bağlı mövzuya xüsusi diqqət ayrılıb.

Vergilər Məcəlləsi ilə bağlı yeni qaydalar izah edilməklə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktor müavini Nicat İmanov hotellərin, səyahət agentliklərinin və tur operatorların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı suallarını cavablandırıb, rəy və təkliflər dinlənilib.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib ki, Agentlik hər zaman turizm sahəsində fəaliyyət göstərən şirkətlərin və digər sənaye üzvlərinin daha çox təşkilatlanmasını dəstəkləyir. Bu baxımdan ötən il yaradılmış Azərbaycan Hotel Assosiasiyasını və yaxın günlərdə yaradılcaq Bələdçilər Asossiasiyasını nümunə göstərmək olar.

Aparat rəhbəri qeyd edib ki, dövlət qurumu olaraq Dövlət Turizm Agentliyi ictimai təşkilatların fəaliyyətinə birbaşa müdaxilə etməsə də, hər bir qurumun formalaşması və işinin düzgün təşkilinə dəstək göstərməyə hazırdır. “Bu sahədə əsas məqam həmin qurumların təmsil etdikləri tərəflərin problemlərini və təkliflərini Agentliyə çatdırması və bu məsələlərin həlli ilə bağlı birgə əməkdaşlığın qurulmasıdır”, deyə Kənan Qasımov vurğulayıb.

Bundan əlavə, Kənan Qasımov media-brifinq zamanı yaradılacaq turizm reyestri, turizm qanunu və s. haqqında sualları cavablandırıb, həmçinin turist məmnunluğunun təmin edilməsi və artırılmasının ölkəyə turistlərin təkrar gəlməsində və ölkədən müsbət fikirlərlə ayrılmasında bütün dövlət qurumlarının, ictimai təşkilatların və vətəndaşların birgə səylərinin artırılmasının vacibliyini vurğulayıb.

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsində son dəyişikliklərdən sonra e-qaimənin turizm şirkətləri tərəfindən təqdim edilməsi ilə bağlı problemler yaranmışdı. Belə ki, dəyişikliklərdən sonra səyahət agentlikləri və tur operatorlar müştərilərinə vasitəçi qismində iştirak etdikləri xidmətlərlə bağlı e-qaimə verə bilmirdi.

Bununla əlaqədar Dövlət Turizm Agentliyi ilə Vergilər Nazirliyi arasında problemin həlli istiqamətində aparılan müzakirələrin nəticəsində məsələ müsbət həllini tapmışdır.

Belə ki, artıq turizm agentliyi biletlərin və xidmətlərin satışını birbaşa deyil, agent qaydasında vasitəçi olaraq həyata keçirdiyi təqdirdə bu barədə hüquqi şəxslərə və dövlət orqanlarına təqdim etdiyi elektron qaimə-fakturanın “Əlavə qeyd” sətrində müvafiq qeyd apararaq elektron qaimə verə bilərlər. Bundan başqa, verilmiş elektron qaimə-faktura agentin vergitutulan dövriyyəsi hesab edilmir və agent xidmətlərin həyata keçirilməsinə görə ona çatası haqdan vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir.


     



12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru

18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi


10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini

06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri



18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment