1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell daha bir uğura imza atdı
21.03.2019

“Azercell Telekom” MMC Day.Az Media Şirkətinin “Xalq seçimi” mükafatında“ Ən yaxşı mobil operator” adına layiq görüldü

Bakı, FinanceTime. Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC uğurlu fəaliyyətinin nəticəsi olaraq daha bir mükafata layiq görülüb. Day.Az Media Şirkətinin “Xalq seçimi” Mükafatının nəticələrinə əsasən, Azercell 2018-ci ilin “ Ən yaxşı mobil operator” sorğusunun qalibi elan edilib. Day.az Media Şirkətinin oxucuları arasında keçirdiyi sorğuda Azercell 55,7 faiz səslə telekommunikasiya sahəsi üzrə birinci olub.

Azercell-in mobil telefon istifadəçilərinin etimadını qazanması təsadüfi deyil. 2018-ci ildə ölkəmizdə mobil rabitənin keyfiyyətinin yüksəldilməsi, regionlarda 4G şəbəkəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin sürətli internetə çıxışının təmin olunması, müasir xidmətlərin, eləcə də yeni biznes həllərinin tətbiq edilməsi, abunəçi xidmətlərinin modernləşdirilməsi, həmçinin mobil texnologiyalar vasitəsilə həyatın asanlaşdırılması istiqamətində keçirilən layihə və bir sıra digər təşəbbüslər Azercell şirkətinin bu mükafatı qazanmasına əsas verib. Müştəri məmnuniyyətini hər zaman üstün tutan Azercell, abunəçilərinin rahatlığını düşünərək 2018-ci ildə 16 yeni konsepsiyalı Azercell Eksklüziv mağazasını istifadəyə təqdim edib və ümumilikdə 6 milyona yaxın abunəçiyə xidmət göstərilib.

Qeyd edək ki, 2018-ci ildəki uğurlu fəaliyyəti nəticəsində Azercell beynəlxalq aləmdə nüfuzlu qəbul edilən “Stevie” Beynəlxalq Biznes Mükafatında “İlin Kommunikasiya Şirkəti”, “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyalarında Bürünc “Stevie” mükafatına layiq görülüb . Əlavə olaraq “İnsanların Seçimi üzrə Stevie” (“People`s Choice Stevie Awards”) mükafatının telekommunikasiya sahəsində “İlin ən sevilən şirkəti” seçilib. Həmçinin ötən il “Azercell Telecom” LLC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (“İnsana Sərmayə Standartı”) tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatı qazanıb. Ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, Azercell MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir. Azercell-in 2018-ci ildəki nailiyyətləri bununla kifayətlənməyib. Belə ki, Azercell “Qlobal Liderlər Klubu” tərəfindən Azərbaycanda idarəetmə və dayanıqlı inkişaf sahəsində “Ən yaxşı şirkət”, Vahid Mürsəliyev isə “İlin rəhbəri” kimi mükafatlandırılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment