1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-dən rəqəmsallığa doğru daha bir addım
18.03.2019

Yeni “Kabinetim” xidməti ilə nömrənizə onlayn nəzarət edin

Bakı, FinanceTime.  Hər zaman müştəri xidmətləri sahəsində innovativ ideya və həll yolları iləseçilən Azercell şirkəti abunəçilərinin istifadəsinədaha müasir dizayna malik olan “Kabinetim” şəxsi kabinet xidmətini təqdim edir. “Kabinetim” nömrə ilə bağlı əksər əməliyyatların şəxsənabunəçi tərəfindən vaxta qənaət edərək ən qısa zamanda icra edilməsinitəmin edən Virtual Köməkçidir.

Beləliklə, “Kabinetim”aşağıdakı əməliyyatlarınAzercell Müştəri Xidmətləri və ya Telefon Mərkəzinə müraciət etmədən onlaynicra edilməsi üçün imkan yaradır:

- nömrənin balansı və internet balansı haqqında tam məlumat əldə edilməsi

-mobil internet paketlərinin və rominq internet paketlərinin sifarışi,yenilənməsi və deaktiv edilməsi

- nömrədə mövcud tarif paketin dəyişdirilməsi

- nömrənin xəttinin idarə edilməsi

- nömrənin balansına son 6 ay ərzində edilən ödənişlərin izlənilməsi

Əlavə olaraq “Kabinetim” vasitəsilə abunəçi nömrənin balansını artıra bilər, sms göndərə bilər, Azercell-dən və 3-cü şirkətlərdən daxil olan sms yayımını dayandıra bilər, “Xidmətlərim” bölümünə daxil olmaqla isə Azercell-in Rominq, Kəscell, Zənglərin Yönləndirilməsi, Gizlətcell, Simurq xidmətləri üzərindən müxtəlif əməliyyatları icra edə bilər və sair.

Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniklərini tədbiq etməyi hədəfləyən Azercell, yeni şəxsi kabineti adaptiv (“responsive”) dizaynda təqdim edir. Kabinetekranın ölçüsünə görə həssas dizayna malikdir vəistifadədə olan cihazın xüsusiyyətlərinə uyğun olaraq ekranvə brauzer ölçüsünə avtomatik uyğunlaşır.

“Kabinetim”in daha bir yeni xüsusiyyəti,“Sürətli giriş”in, yəni birdəfəlik şifrə iləkabinetədaxil olmanın mümkün olmasıdır.

“Kabinetim” tətbiqini Android və İOS istifadəçiləri aşağıdakı linkdə göstərilən təlimata əsasən öz smartfonlarına əlavə edib istənilən zaman digər mobil applikasiyalar kimi istifadə edə bilərlər: https://www.azercell.com/az/personal/services/selfservice/kabinetim/

İnanırıq ki, bir sıra əməliyyatların onlayn şəkildə icra edilməsi üçün imkan yaradan“Kabinetim” xidməti abunəçilərin gündəlik həyatlarını asanlaşdırmaqda faydalı olacaq.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment