1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Partners & Business” sərgi-konfransı keçirilib
18.03.2019

Bakı, FinanceTime. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Marsol şirkətinin birgə təşkilatçılığı ilə 15 Mart 2019-cu il tarixində Caspian Business Hoteldə “Partners & Business” sərgi-konfransı keçirilib.

15 Mart 2019-cu il tarixində saat 10:00-17:00 arası baş tutmuş sərgidə müxtəlif sektorlardan olan 100-dən artıq yerli şirkətlər öz məhsullarını nümayiş etdiriblər. Sərgidə həmçinin B2B Görüşlər, canlı musiqi, video və foto çəkilişlər olub. Sərgiyə xeyli sayda ziyarətçi gəlib və sərgi böyük maraqla qarşılanıb.

Həmçinin həmin gün (15 mart 2019) saat 18:00-da 500-dən artıq sahibkarın iştirakı ilə sərgi-konfrans keçirilib. Sərgi-konfransın keçirilməsində məqsəd yerli sahibkarlıq subyektləri arasında sıx əlaqələrin qurulmasıdır.

Konfransı giriş sözü ilə Marsol şirkətinin direktoru Tural Mustafayev açaraq, sərgi-konfrans iştirakçılarını salamlayıb və hər kəsə öz təşəkkürünü bildirib. Tural Mustafayev “Sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən uğurlu iqtisadi layihələrin tanıdılması istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Hər zaman olduğu kimi bundan sonra da sahibkarların bir-birini daha yaxından tanıması, onlar arasında əlaqələrin daha da genişlənməsi əsas məram və məqsədimiz olacaqdır.” deyə qeyd edib. 

Daha sonra çıxış edən ASK-nın vitse-prezidenti Vüqar Zeynalov ASK-nın prezidenti Məmməd Musayevin salamlarını sərgi-konfrans iştirakçılarına çatdırıb. Ölkə başçısının qeyri-neft sektorunun və sahibkarlığın inkişafına dəstəyin göstərilməsi ilə bağlı tapşırığını vurğulayaraq, bu günkü tədbirin də məhz bu məqsədlə təşkil edildiyini diqqətə çatdırıb, bu istiqamətdə ASK tərəfindən davamlı işlərin aparıldığını qeyd edib. Azərbaycan Sahibkarlar Konfederasiyasının əsas məqsədinin öz üzvlərinin mövcud potensialından istifadə edərək dövlət-özəl sektor əməkdaşlığı mexanizmləri vasitəsi ilə respublikamızda daha əlverişli biznes mühitin yaradılması prosesində və dayanıqlı inkişafın təmin olunmasında yaxından iştirak etmək olduğunu bildirib.

Tədbir Məftun Xəlilovun çıxışı, Təbriz Hacınskinin “Müəssisələrin kadr idarə etməsində profaylinq sistemini necə tətbiq etmək olar?”, Vüqar Poladovun “İdarəçilərin və sahibkarların bilməli olduğu maliyyə” və Sakit Səmədovun “Nəzarət üçün sistemləşmə, sistemləşmə üçün nəzarət”, mövzularında çıxışları ilə davam edib.

Tədbirin sonunda müxtəlif kateqoriyalarda mükafatlar, medallar və sertifikatlar sahiblərinə təqdim olunub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment