1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Coca-Cola” Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir
15.03.2019

Bakı, FinanceTime. Dünyanın ən çox tanınan brendlərindən olan və ən iri sərinləşdirici içki istehsalçısı “Coca-Cola” Novruz bayramı ərəfəsində “Bu Novruz sənə nə gətirsin?” adlı marketinq kampaniyasına start verib. Bu kampaniyaya Novruz bayramına həsr edilmiş, yaradıcı üslubu ilə seçilən reklam çarxının televiziyada yayımı və insanlarla birlikdə bayram sevincini paylaşmaq üçün Azərbaycan regionlarına səfər edən Novruz karvanı daxildir.

Coca-Cola ölkənin qədim və ən sevilən bayramı olan Novruza xüsusi rəng qatmaq, insanlarla birlikdə bayramı daha maraqlı qeyd etmək üçün ölkədə ilk dəfə olaraq bu cür möhtəşəm kampaniyaya start verib. Belə ki, sevilən müğənni Miri Yusif və futbol üzrə Azərbaycan Millisinin tanınmış qapıçısı Kamran Ağayevin iştirakı ilə çəkilən “Bu Novruz sənə nə gətirsin?” adlı yeni reklam çarxı da televiziya seyircilərinə təqdim edilib. Novruz bayramının adət-ənənələrini əks etdirən elementlərlə zəngin reklam çarxı insanların böyük marağına səbəb olub. Milli mətbəxin nəfis nümunələri, Bahar qızı, Novruz şirniyyatları, səməni, tonqal üzərindən tullanma, papaq atmaq, qulaq falı, yumurta döyüşü kimi Novruz adətlərini əks etdirən çarx əsl bayram coşqusu yaradır.

Bundan başqa, xüsusi bəzədilmiş Coca-Cola yük maşınlarından ibarət Novruz Karvanı mart ayının 5-dən başlayaraq hər bayram çərşənbəsində bir bölgəyə səfər edərək insanlara əyləncə dolu şənlik proqramı təqdim etməkdədir. Bərəkət, şans, uğur, sürpriz və birlik mövzulu “Coca-Cola”nın Novruz karvanı artıq Şəki və Gəncə şəhərlərinə səfər edib, növbədə isə Sumqayıt və Bakı sakinləri ilə görüş nəzərdə tutulur.

Milli adət-ənənələri dəstəkləmək və Novruz bayramı şənliklərinə qoşulmaqla Coca-Cola şirkəti öz istehlakçılarına daha da yaxın olmağa çalışır. Bahar bayramında Azərbaycanda insanların bir-birinə dilədikləri arzuları ölkə miqyasında paylaşmaq məqsədilə şirkət belə arzulardan bir neçəsini əfsanəvi Coca-Cola brendində etiket vasitəsilə əks etdirərək satışa çıxarıb. Ölkənin əksər ərzaq mağazalarında üzərində “Bərəkət”, “Birlik”, “Xoşbəxtlik”, “Uğur”, “Sevgi” kimi diləklər əks olunmuş Coca-Cola məhsulları satışa artıq təqdim edilib.

Coca-Cola şirkətinin Qafqaz regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Meneceri Elşad Fərzəliyev bu reklam çarxının Coca-Cola tərəfindən Novruza həsr edilmiş artıq sayca üçüncü reklam çəkilişi olduğunu bildirib.

“Coca-Cola ən sevilən qlobal brend olaraq hər zaman fəaliyyətdə olduğu ölkələrin mədəniyyəti, adət-ənənələri, dəyərləri və tarixinə böyük rəğbət və ehtiramla yanaşır. Biz bilirik ki, Nozruz bayramı Azərbaycan xalqının ən sevimli və qədim bayramıdır. Dünyanın bir sıra ölkələrində qeyd edilməyinə baxmayaraq, Azərbaycanda bu bayram özünün möhtəşəmliyi və zənginliyi ilə seçilir. Məhz Azərbaycanın səyləri nəticəsində Novruz YUNESKO-nun qeyri-maddi mədəni irsinə daxil edilmiş və BMT tərəfindən Martın 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir. Biz də Coca-Cola olaraq Novruz Bayramında Azərbaycan xalqı ilə birlikdə olmaq, birlikdə bu bayram sevincini yaşamaq və ən xoş arzularımızı çatdırmaq üçün xüsusi kampaniyaya başladıq. Ümid edirik ki, həm reklam çarxımız, həm də Novruz Karvanımız hər kəsi sevindirəcək və zövqünü oxşayacaq. Qarşıdan gələn Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir, xoşbəxtlik, bərəkət, uğur, sülh, sevinc arzu edirik”, - deyə “Coca-Cola” şirkətinin nümayəndəsi təbrik mesajını çatdırıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment