1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Moskada “Turizm destinasiyasının ən yaxşı təqdimatı” nominasiyasına layiq görülüb
13.03.2019

Bakı, FinanceTime.  Azərbaycan “MITT 2019” sərgisində iştirakını uğurla davam etdirərək təşkilatçılar tərəfindən “Turizm destinasiyasının ən yaxşı təqdimatı” nominasiyası ilə təltif olunub. 

Stenddə 2019-cu il mayında Bakıda təşkil olunacaq UEFA-nın Avropa Liqasının final kubokunun nümayiş etdirilməsi sərgi iştirakçılarının və ziyarətçilərin böyük marağına səbəb olur. 

Qeyd edək ki, 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” (WTM 2018) sərgisindən başlayaraq bütün beynəlxalq sərgilərdə Azərbaycan stendi yeni loqo və brend konsepsiyasına uyğun olaraq dizayn edilir. Azərbaycan stendi ilin əvvəlində “EMİTT 2019” “Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi”ndə “Ən yaxşı təşkil olunmuş stend” nominasiyası ilə təltif olunub. 

Xatırladaq ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan Moskvada keçirilən “MITT 2019” sərgisində iştirak edir. Mart ayının 14-dək davam edəcək sərgidə ölkəmizi 20-dən çox turizm şirkəti və hotellərin nümayəndələri  təmsil edirlər.

26-cı ildir ki, təşkil olunan sərgi turizm sənayesinin əsas iştirakçıları ilə ünsiyyətin qurulmasında və B2B formatlı görüşlərin keçirilməsində xüsusi əhəmiyyətli platforma rolunu oynayır. 

Sərgidə iştirak edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bir sıra iri turizm şirkətlərinin nümayəndələri və dövlət rəsmiləri ilə görüşlər keçirib, Rusiyanın “Rossiya” kanalına müsahibə verərək, rusiyalı turistləri ölkəmizə dəvət edib və onları Azərbaycana bir daha baxmağa çağırıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment