1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


UNEC-də yeni tədqiqat mərkəzləri yaradıldı
13.03.2019

Bakı, FinanceTime. Tədqiqat yönümlü universitet olmağı hədəfləyən UNEC-də Aziz Sancar adına “Qida təhlükəsizliyi laboratoriyası”,  “Ekonofizika Tədqiqat Mərkəzi”, “Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi” və “Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi”nin yaradılması  barədə qərar qəbul olunub.

Nobel mükafatı laureatı Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası “Qida məhsullarının texnologiyası” kafedrasının nəzdində fəaliyyət göstərəcək. Laboratoriyada müvafiq istiqamət üzrə elmi-praktiki araşdırmalar aparılacaq, qida məhsullarının müvafiq standartlara uyğunluğu, qida sahəsində normativ-hüquqi akt layihələrinin işlənilib hazırlanması, qida məhsullarının keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi və s. həyata keçiriləcək.

Ekonofizika Tədqiqat Mərkəzində yeni elm sahəsi olan ekonofizikanın tədqiq edilməsi ilə yanaşı, müasir iqtisadiyyatın və sosiologiyanın aktual məsələləri, o cümlədən iqtisadi proseslərin inkişaf proqnozu təhlil ediləcək.

UNEC ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə yaradılan Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin nəzdində fəaliyyət göstərəcək. KOB-a dəstək məqsədilə yaradılan mərkəzdə gənc mütəxəssis və tələbələrin könüllü olaraq sahibkarlığa təşviqi, KOB-in inkişafı istiqamətində elmi-tədqiqat və innovasiyaların tətbiqinin genişləndirilməsi, startap və biznes inkubator ideyalarının reallaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, o cümlədənmüvafiq dövlət və özəl maliyyə institutlarına birgə təkliflərin verilməsi nəzərdə tutulub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment