1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankında"Qazprombank"nümayəndələri ilə görüş
12.03.2019

Bakı, FinanceTime. Ölkəmizə işgüzar səfərdə olan Rusiya “Qazprombankı”nın nümayəndələri səfər çərçivəsində Azərbaycan Beynəlxalq Bankında da görüş keçiriblər. Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Abbas İbrahimov qonaqlara bankın fəaliyyəti barədə ətraflı məlumat verib. Bankda həyata keçirilən inkişaf tədbirlərini, qarşıya qoyulmuş yeni strateji hədəfləri diqqətə çatdırıb. Azərbaycan Beynəlxalq Bankının xarici əlaqələrini daim inkişaf etdirdiyini, yeni əməkdaşlıq imkanlarını hər zaman dəyərləndirməyə çalışdığını bildirib.

Öz növbəsində, “Qazprombank”ın İdarə Heyəti sədrinin müavini Famil Sadıqov təmsil etdiyi maliyyə qurumunun Azərbaycan bankları ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, ölkəmizə səfər çərçivəsində müxtəlif qurumlarda keçirdikləri görüşlər barədə danışıb. Azərbaycan Beynəlxalq Bankı ilə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. “Qazprombank”ın ölkəmizdə həyata keçirmək niyyətində olduğu bir sıra layihələrdə Azərbaycan Beynəlxalq Bankının da iştirakı imkanlarına diqqət yönəlib.

 Eyni zamanda, Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə müəssisəsi olan “Bank ABB – Moskva” ilə “Qazprombank” arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə biznes layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib. Görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment