1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibankdan biznesə bayram hədiyyəsi: hesab aç, bank əməliyyatlarını pulsuz et!
12.03.2019

Bakı, FinanceTime. Unibank Novruz bayramı münasibəti ilə biznes sahibləri üçün kampaniya keçirir. Kampaniya müddətində Unibankda ilk dəfə hesab açan korporativ  müştərilər, bir sıra məhsul və xidmətlərdən pulsuz istifadə imkanı qazanacaqlar. Kampaniya aprelin 30-dək davam edəcək.

Kampaniyada müddətində bankda hesab açan biznes sahibləri aşağıdakı hədiyyələri əldə edəcəklər:

-          1 ədəd pulsuz biznes kart;

-          Pulsuz POS- terminal qoşulması;

-          1 aylıq pulsuz hesablaşma kassa əməliyyatları:

1.Konvertasiya;

2.Pul köçürmələri (AZN);

3.Valyuta köçürmələri;

4.Cari hesablardan nağd pulun çıxarılması (kartlardan ATM və Posterminal vasitəsi ilə nağlaşdırma və 1% vergi tutulması istisna olmaqla).

Bankda çox sərfəli şərtlərlə hesab açmağın əsl məqamıdır. Unibankda hesab açmaq üçün korporativ müştəriərin bank filialına gəlməsinə ehtiyac yoxdur, çünki hesabı olduğunuz yerdən və istədiyiniz valyutada bron edə bilərsiniz. İlk hesabınızı elə indi, bu linkdən bron edin:https://onlineservices.unibank.az/AccountOrder/index.html

 

Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

-          Sərfəli tariflər;

-          Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;

-          Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;

-          Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;

-          Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;

-          Sənəd dövriyyəsinin minimuma endirilməsi;

-          Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

-          Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibankın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondanhttp://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment