1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


UNEC-də növbəti yeniliklər
12.03.2019

Bakı, FinanceTime. UNEC-in Elmi Şurasında beynəlmiləlləşmənin daha da genişləndirilməsi, təhsilalanların elmi fəaliyyətinin stimullaşdırılması, həmçinin magistr dissertasiyasının yazılması və qiymətləndirilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib.

UNEC-in əcnəbi məzunlarla əlaqələrinin qorunub saxlanılması, xarici ölkələrdə daimi təmsilçiliyinin təmin edilməsi və əcnəbi tələbələrin sayının artırılması məqsədi ilə UNEC-in xaricdə yaşayan seçilmiş məzunlarına “UNEC Brand Ambassador” statusu veriləcək.

Əcnəbi tələbələrin UNEC-də payının artırılması və onların stimullaşdırılması istiqamətində növbəti addım isə əcnəbi tələbə və magistrlərə universitet hesabından təqaüdlərin təsis olunmasıdır. Yeni tədris ilindən etibarən UNEC-ə qəbul olunan əcnəbi tələbə və magistrlərə imtahan sessiyasının nəticələrinə görə “Əlaçı”, “Həvəsləndirici” və “Adi” təqaüdlər veriləcək.

UNEC-də təhsilalanların elmi fəaliyyətinin stimullaşdırılmasını nəzərdə tutan yeni qaydalar qəbul edilib. Belə ki, nüfuzlu və yüksək impakt faktorlu elmi jurnallarda çap olunan məqalələrə görə 4000 manata qədər qonorarların verilməsi ilə bağlı UNEC-də tətbiq olunan qaydalar universitetin bakalavr, magistr və doktorantlarına da şamil ediləcək.

Dünyanın nüfuzlu universitetlərində bir il müddətində tədqiqat aparan UNEC müəllimlərinin əmək haqları yeni qaydalara əsasən hesablanacaq. Həmin müəllimlərin tədqiqat apardıqları müddətdə əmək haqları tam olaraq ödəniləcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment