1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı qadın sahibkarları mükafatlandırdı!
11.03.2019

Bakı, FinanceTime. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində ölkəmizdəki qadın sahibkarların forumu keçirilib. Müxtəlif dövlət qurumlarından, ictimai təşkilatlardan nümayəndələrin iştirak etdiyi toplantıda Azərbaycan Beynəlxalq Bankı da təmsil olunub. Forumda Assosiasiyanın reallaşdırdığı “Cümhuriyyətdə 100 qadın” Korporativ Sosial Məsuliyyət layihəsində fəal iştirakına görə 14 qadın sahibkara Azərbaycan Beynəlxalq Bankının mükafatları təqdim olunub.

Forumda qeyd edilib ki, ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafında qadın sahibkarların rolu çox önəmlidir. Sahibkarlıq sahəsində onların fəallığının artırılması qadınların məşğulluğunun,iqtisadi müstəqilliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Qadınların öz biznes layihələrini uğurla reallaşdıra bilmələri üçün maliyyə vəsaitlərinin onlar üçün əlçatanlığının vacibliyi xüsusi vurğulanıb.  

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, hazırda bankın korporativ müştəriləri arasında xeyli sayda qadın sahibkar var. Onların sayının getdikcə artması çox sevindiricidir: “Azərbaycan Beynəlxalq Bankı olaraq biz kiçik və orta sahibkarlıq subyektlərinə onlar üçün çox sərfəli şərtlərlə fəal maliyyə dəstəyi veririk. Real, əsaslandırılmış biznes ideyaları olan hər bir qadın sahibkar da bankın ayırdığı maliyyə vəsaitlərindən istifadə edərək öz potensialını reallaşdıra bilər. Müvafiq qurumlarla əməkdaşlıq şəraitində yaxın gələcəkdə sırf qadın sahibkarlar üçün maraqlı layihələrimiz olacaq. Çalışacağıq ki, Azərbaycan Beynəlxalq Bankının yaratdığı imkanlardan hər bir xanım sahibkar faydalana bilsin”.  

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment