1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan beynəlxalq turizm ictimaiyyətinə 2 yeni turizm məhsulunu təqdim etdi
11.03.2019

Bakı, FinanceTime. Almaniyada keçirilən “İTB Berlin” sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosu İpək Yolu ölkələri nazirlərinin 9-cu görüşündə “İpək Yolunun 7 gözəli” adlı yeni turizm məhsulu konsepsiyası ilə çıxış edib. 

Konsepsiyada qədim İpək Yolu marşrutu boyunca Azərbaycan ərazisində turistlərə bələdçilik edən 7 müxtəlif yoldan bəhs edilir. Buraya Bakı – “Neft Yolu”, Şamaxı – “Poeziya Yolu”, Ağsu – “Nar Yolu”, İsmayıllı – “Sənətkarlıq Yolu”, Gəncə - “Bazar Yolu”, Naxçıvan – “Duz Yolu” daxildir. Təqdimatda 21-ci əsrin turistinin səyahət tələblərinə uyğun olaraq ənənəvi marşrutlara yeni baxışın tətbiq olunmasının zəruriliyi qeyd olunub.

Sərgi çərçivəsində İpək Yolu ölkələrinin tur operatorlarının 8-ci görüşündə isə qədim İpək Yolu boyunca şərab marşrutu təqdim olunub. Təqdimatda azerbaijanwine.az saytında Azərbaycanın şərabçılıq və üzümçülük ənənələrinin tarixi köklərindən bəhs edilib, marşrutu təşkil edən 6 əsas dayanacaq (Bakı, Novxanı, Şamaxı, İsmayıllı, Qəbələ, Göygöl) iştirakçıların nəzərinə çatdırılıb. Daha sonra qeyd olunan dayanacaqların Azərbaycan qastronomiya və etnoqrafiyası ilə birlikdə vəhdət təşkil etdiyi turizm səyahət paketləri təqdim olunub.

Azərbaycan Turizm Bürosu sərgi ərzində təşkil olunan Berlin Səyahət Festivalında da təmsil olunub. Festival yeni turizm destinasiyalarını təbliğ etməklə turistlərə yeni səyahət metodlarını təqdim edir. Ənənəvi sərgi konsepsiyasından fərqli olaraq burada yalnız səyahət deyil, həmçinin dizayn və innovasiya yönümlü istiqamətlər birləşir. Martın 10-dək davam edəcək tədbirdə Azərbaycan xalçaçılıq məmulatları, sənətkarlıq və şərabçılıq nümunələri, quru meyvələr və digər milli turizm məhsulları, həmçinin elektron məlumat lövhələrində nümayiş etdirilən videolar çarxlar çoxsaylı ziyarətçilərin diqqət mərkəzindədir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment