1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə seminarlar keçirilib
11.03.2019

Bakı, FinanceTime. Nüfuzlu maliyyə və ticarət təşkilatı olan Amerika Banklar Assosiasiyasınıntörəmə qurumu Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyası(BAFT) Bakıda Kapital Bank və Paşa Bank-ın tərəfdaşlığı ilə seminarlar keçirib.

6 mart 2019-cu il tarixində keçirilən seminar “Ticarətin Maliyyələşdirilməsi” mövzusunda olub. Seminar iştirakçılarına ticarətin maliyyələşdirilməsinin məqsədi, nə zaman istifadə olunması, çirkli pulların yuyulması hadisələri, sənədli kreditlər, akkreditivlər, bank zəmanətləri, onların uyğunluq prinsiplərinin tətbiq edilməsi, Blockchain və digər mühüm məsələlər barədə ətraflı məlumat verilib. Günün sonunda iştirakçıların sualları beynəlxalq ekspertlər tərəfindən cavablandırılıb.

7 mart 2019-cu il tarixində olan seminar isə “Maliyyə Cinayətləri və Komplayens” mövzusunu əks etdirib. Seminarın iştirakçıları maliyyə cinayətləri ilə mübarizə sahəsində zəruri normativ tələblər, adekvat daxili təşkilatın mövcudluğunun, o cümlədən müştərilər üçün risklərin müəyyən olunması və azaldılması üçün “üç müdafiə xətti” prinsipinə əməl olunmasının vacibliyi haqqında öyrənib, həmçinin terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə sahəsində yeni tendensiyalar və standartlarla tanış olub.

Azərbaycan iqtisadiyyat baxımından Cənubi Qafqazın ən böyük inkişaf etmiş ölkəsidir. “Cənub Qaz Dəhlizi”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Şimal-Cənub”, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr bütün dünyadan investisiyaları cəlb edir və eyni zamanda beynəlxalq ticarətin və iştirakçı ölkələrin iqtisadi inkişafına xidmət edir.

Beynəlxalq arenada sürətlə nüfuz yığan Azərbaycan regionun iri nəqliyyat və maliyyə mərkəzinə çevrilib. Bu səbəbdən də maliyyə sektorunun iştirakçıları üçün bu kimi tədbirlərin keçirilməsi, son tendensiyalar və öncül metodikalar barədə biliklərin əldə olunması vacibdir. Bu da öz növbəsində ölkənin qeyri-neft sektorunun inkişafına və strateji yol xəritəsinin məqsədlərinə nail olmasına öz töhfəsini verir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment