1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Sığorta”şirkəti yeni “Zərif Əllərin gücü” adlı KSM layihəyə start verir
07.03.2019

Bakı, FinanceTime.  Daim Koprorativ Sosial Məsuliyyət(KSM) layihələrinə böyük yer ayıran PAŞA Sığorta şirkəti bu dəfə PAŞA Holdinqin dəstəyi və 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə işə ehtiyacı olan və gəliri olmayan analara yönəlik yeni “Zərif Əllərin Gücü” adlı layihəsinə başlayır.

PAŞA Sığorta şirkəti bu layihəni WoWoman cəmiyyətiilə birgə reallaşdırmağa qərar verib və 2019-cu ilin fevral ayında qeyd olunan layihənin icrası üçün şirkətlər arasında saaziş imzalanıb. Saazişin imzalandığı görüş zamanı PAŞA Sığorta şirkətini təmsil edən Marketinq və İctimaiyyətlə Əlaqələr departamentin rəhbəri Nuranə Teymurova və Wowoman cəmiyyətinin təsisçisi Zərəngiz Hüseynova layihənin detallarını müzakirə edib gələcək planlar barədə danışıqlar aparıblar.

Qeyd edək ki, WoWoman Zərəngiz Hüseynova tərəfindən xanımlar üçün yaradılan və onları arzularına, məqsədlərinə çatmaqda dəstək olan inkişaf platformasıdır. Yaranmasından keçən 4 il ərzində, cəmiyyətin müraciət sayı 25 mini, təlim və kurslarda iştirak edən xanımların sayı isə 8 mini ötmüşdür. Məhz bu səbəbdən PAŞA Sığorta şirkəti adı çəkilən layihənin Wowoman ilə birgə reallaşdırmağa qərara alıb.

“Zərif Əllərin gücü” layihəsi çərçivəsində 35-40 nəfər işə ehtiyacı olan analar tamamilə yeni bir həyat və iş ilə təmin olunacaq. Maraqlı olan xanımlar xüsusi müraciət formasını dolduraraq layihədə iştirak edə bilərlər. Müraciət üçün son tarix 4 apreldir.

Qeyd olunan tarixə kimi daxil olan bütün müraciətlər nəzərdən keçiriləcək və seçilmiş xanımlar xüsusi müsahibəyə dəvət olunacaqlar. Müsahibəni uğurla keçən 35-40 layihə iştirakçısı 2 ay ərzində intensiv olaraq dərzilik və eskiz çəkmə kurslarında iştirak edəcəklər. Bu ixtisas kursları ilə paralel iş həyatına başlamaq üçün xanımlara “Ünsiyyət bacarıqları”, “Müştəri Məmnuniyyəti”, “Biznes danışıqların aparılması”, “Təqdim etmə bacarıqları” mövzularında şəxsi inkişaf təlimləri keçiriləcək. Təlimləri uğurla bitirən iştirakçılar təcrübəyə və işə yönləndiriləcəklər.

Qeyd edək ki, layihənin əsas hədəf kütləsi gəliri olmayananalardır. Bununla yanaşı müraciət edənlərin işləməyə, şəxsi inkişafı üzərində çalışmağa və dərziliyə də həvəsi olmalıdır.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holdinq” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment