1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Sədr: “AccessBank”ın kollektivinin 35%-i xanımlardır
06.03.2019

Bakı, FinanceTime.  “AccessBank”ın işçi heyətinin təxminən 35%-i xanımların payına düşür. Bu barədə bankın İdarə Heyətinin sədri Anar Həsənov Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Cəmiyyətdə qadın menecerin rolu” adlı tədbirdə çıxışı zamanı bildirib.

“Əgər bir cəmiyyətdə qadın menecerlərin rolundan danışırıqsa, qeyd etməliyəm ki, ölkənin ən iri işəgötürənlərindən biri olan “AccessBank”da menecer olan xanımların sayı az deyil. Onlar department və filial rəhbəri kimi məsuliyyətli vəzifələrdə çalışırlar. Bir şey dəqiqdir ki, onlar işinin öhdəsindən layiqincə gəlir. Hər bir kollektivdə olduğu kimi, “AccessBank”ı da gözəlləşdirən məhz bizim xanımlardır”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, idarəçiliklə məşğul olan bir çox xanımlar eyni zamanda həm möhkəm olmağı, həm incəlik və zərifliyini qorumağı bacarmalıdır: “Heç kəsə sir deyil ki, onların qayğıları yalnız iş yeri ilə bitmir. Çünki onlar menecer olmaqla yanaşı, həm ana, həm də həyat yoldaşıdır. Bu isə xanımların çiynində hansı yükün olmasından xəbər verir”.

Xanım və kişi menecerləri müqayisə edən bankir bildirib ki, qadınlar nisbətən çevik, diplomatik, ünsiyyətçil olduğu üçün idarəçiliyi daha yaxşı bacarırlar. Daha bir üstünlük kimi Anar Həsənov qəti qərarların xanımlar tərəfindən daha tez qəbul olunduğunu qeyd edib: “Sözsüz ki, “qadın intuisiyası”nın burada rolu böyükdür”.

Tədbirin sonunda Anar Həsənov bütün xanımları qarşıdan gələn 8 mart münasibətilə təbrik edib, onlara daim xoşbəxt olmağı və gülərüz qalmağı arzulayıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment