1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Almaniyada beynəlxalq turizm sərgisində təmsil olunur
06.03.2019

Bakı, FinanceTime. Azərbaycanın turizm imkanlarının dünyamiqyaslı təbliğatı məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 20-dək turizm şirkətinin iştirak etdiyi nümayəndə heyəti Almaniyada “İTB Berlin 2019” turizm sərgisində  təmsil olunur.

Martın 6-dan 10-dək davam edəcək sərgidə ölkəmiz üçün 100 kv. metrlik sahədə yeni turizm brendimizə uyğun dizayn edilmiş stend qurulub. 

Sərgidə “Salam Tourism and Travel”, “ENC Tours”, “Baku Hospitality Group”, “Lets go”, “Spektr Travel”, “Al Travel”, “Era Travel”, “TRHAL Travel Agency”, “Silk Way Travel”, “JW Marriott Absheron Baku”, “PASHA Travel”, “Golden Globe International”, “Gilan Hospitality Group”, “Shamakhi Palace Sharadil Hotel”, “Ok Tours”, “Pullman Baku”, “Absheron Hotel Group”, “Touronline.az”, “Geo Travel”, “Hello Azerbaijan” turizm şirkətləri və hotellərinin nümayəndələri iştirak edirlər. Azərbaycan Hava Yolları isə ayrıca stendlə təmsil olunur. 

 “Almaniya dünyanın ən böyük getmə turizm bazarlarından biridir. Alman turistlər səyahət və istirahətin müxtəlif növlərinə maraq göstərirlər. Məhz buna görə də Azərbaycanın turizm potensialının burada tanıdılması xüsusi önəm kəsb edir. Azərbaycan alman səyahətçilərə təqdim etmək üçün genişhəcmli turizm imkanlarına malikdir” deyə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın “İTB Berlin” sərgisində iştirakını şərh edərək bildirib.

Azərbaycanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov ölkəmizin stendini ziyarət edərək sərginin işinə uğurlar arzulayıb. 

Xatırladaq ki, sərginin ilk günü Almaniyanın ən böyük turizm və səyahət şirkətlərinin nümayəndələri və influenserlerinin iştirakı ilə Azərbaycan mədəniyyətinin tanıtımı üçün xüsusi tədbir təşkil olunacaq. Tədbirdə fotoqraf Orxan Aslanovun “Mənim Azərbaycanım“ adlı foto sərgisi nümayiş etdiriləcək, bəstəkar və pianoçu İsfar Sarabski çıxış edəcək, tarda milli musiqilərimiz tədbir iştirakçılarına təqdim olunacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment