1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank “İtirdiyimiz qızlar” sosial layihəsini təqdim edib
06.03.2019

Bakı, FinanceTime. Xəbər verdiyimiz kimi, Kapital Bank BMT-nin Əhali Fondu (BMTƏF) ilə birgə əməkdaşlığı əks etdirən memorandum imzalayıb. Memorandum çərçivəsində ilk layihə 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan “İtirdiyimiz qızlar” adlı ictimai vəkillik kampaniyasıdır. Kampaniyanın kreativ tərəfdaşı Endorphin reklam agentliyidir.

Kampaniya çərçivəsində sosial mediada bir sıra aktivliklər və Kapital Bank-ın filiallarında, doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına qarşı məlumatlandırma materialları paylanacaq. Bununla bağlı regionlarda sorğu keçirilib (https://www.youtube.com/watch?v=QBtbZTZNfUc). Video çarxda insanların verdiyi cavablar həqiqətən də bu problemin kökünün cəmiyyətin düşüncəsində necə kök saldığını göstərir.

Yuxarıda sadalananlardan əlavə olaraq kampaniyanın əsas vizualları maraq kəsb edir. Kölgədə qız uşaqları olmasına baxmayaraq əsas görünən hissədə onların yoxluğu insanın emosiolarına toxunur və problemin dərin mahiyyətini izah edir.Həmçinin www.itirdiyimizqizlar.az saytı bir sıra statistik göstəriciləri özündə əks etdirir.

Qeyd edək ki, 1990-cı illərin əvvəllərinə qədər Azərbaycanda doğulan uşaqların cins nisbəti bioloji normaya uyğun idi. Dövlət Statistika Komitəsinin məlumatına görə, sonradan bu nisbət 1990-cı ildə hər 100 qız uşağına 107 oğlan, 2003-cü ildə isə hər 100 qız uşağına 118 oğlana qədər artmışdır. 2015-2017-ci illərdə isə bu göstərici bir qədər azalaraq 114-ə enmişdir. Oğlan uşaqlarına üstünlüyün verilməsi Azərbaycanda mövcud olan patriarxal ailə strukturu və təcrübələrin səciyyəvi komponentidir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment