1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank BMT-nin Əhali Fondu ilə memorandum imzalayıb
05.03.2019

Bakı, FinanceTime. Kapital Bank BMT-nin Əhali Fondu (BMTƏF) ilə birgə əməkdaşlığı əks etdirən memorandum imzalayıb. Bununla bağlı 4 mart 2019-cu il tarixində Kapital Bank-ın baş ofisində tərəflərarasında tədbir keçirilib. İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyəti sədrinin 1-ci müavini Fərid Hüseynov və BMTƏF-in Azərbaycandakı nümayəndəliyinin Baş müşaviri Fərid Babayev iştirak edib.

İki qurum arasında baş tutacaq ilk layihə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunan “İtirdiyimiz qızlar” adlı ictimai vəkillik kampaniyası olacaq. Kampaniya çərçivəsində sosial mediada bir sıra aktivliklər vəKapital Bank-ın filiallarında, doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına qarşı məlumatlandırma materialları paylanacaq.

“Biz korporativ sosial məsuliyyət strategiyamıza uyğun olaraq il ərzində bir sıra layihələr həyata keçiririk. Təbii ki, bu tip layihələr cəmiyyət üçün əhəmiyyətli məna kəsb edəcək bir siqnal olmalıdır, insanları düşündürməlidir. BMT-nin Əhali Fondu ilə əməkdaşlığımız nəticəsində də maarifləndirici layihələri təqdim etməyi düşünürük. Memorandum çərçivəsində həyata keçirilən ilk layihəmiz 8 mart ərəfəsində təqdim olunacaq”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin 1-ci müavini Fərid Hüseynov bildirdi.

“Azərbaycanın bank sektorunun liderindən biri ilə memorandumun imzalanması Dayanaqlı İnkişaf Məqsədlərinə çatmaq istiqamətində dinamik və inklyuziv strateji əməkdaşlığa zəmin yaradacağına əminəm. Korporativ sosial məsuliyyət çərçivəsində gender bərabərliyi və demoqrafiyanın inkişafına həssaslıq göstərən və BMTƏF fəaliyyətinə töhfə verdiyi üçün Kapital Bank-a minnətdarlığımı bildirirəm”, - deyə, BMTƏF-in Azərbaycandakı nümayəndəliyinin Baş müşaviri Fərid Babayev bildirdi.

Qeyd edək ki, BMT-nin Əhali Fondu reproduktiv sağlamlıq və hüquqların təşviqinə çalışan BMT-nin aparıcı təşkilatıdır. Azərbaycanda fəaliyyət göstərdiyi 25 il ərzində BMT-nin Əhali Fondunun səyləri əhalinin mövcud və gələcək ehtiyaclarının müvafiq şəkildə həll olunması üçün milli siyasət və proqramların formalaşdırılması, həyata keçirilməsi və monitorinqi üçün demoqrafik məlumatların mövcudluğunu, əlçatanlığını və istifadəsini yaxşılaşdırmaq üçün milli potensialın artırılmasına yönəlib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment