1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell daha bir karyera sərgisində iştirak etdi
04.03.2019

Bakı, FinanceTime. Azərbaycanın lider mobil operatoru olan “Azercell Telekom” MMC həyata keçirdiyi layihələri ilə tələbələrin fərdi və akademik inkişafına yönəldilmiş fəaliyyətini davam edir. Bu dəfə Azercell mart ayının 1-i ADA universitetində təşkil edilən “ADA Karyera Sərgisi 2019”-un fəal iştirakçısı olub. Sərgidə Azercell-in İnsan Qaynaqları departamentinin mütəxəssisləri işə qəbul olmaq istəyən məzun və tələbələrin suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən proqramlar barədə geniş məlumat təqdim ediblər.

Qeyd edək ki, ADA universitetində ənənəvi olaraq Karyera sərgisinin təşkil edilməsində əsas məqsəd gənclərdə məşğulluq bazarı barədə təsəvvür yaratmaq, onlara iş bazarındakı ən aparıcı qurumlar ilə bilavasitə ünsiyyətdə olub, karyera həyatının mühüm seçimini etməkdə köməklik göstərməkdir. Bu il fevral ayının 28-dən mart ayının 2-dək davam edən karyera günlərində, 1 mart tarixində, məhz İT və telekommunikasiya sahələrini təmsil edən şirkətlər öz stendlərini təqdim edib.

“Azercell Telekom” MMC tərəfindən istedadlı gənclərə dəstək olmaq məqsədilə hər il Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramları keçirilir. Bu il Tələbə Təqaüd Proqramı proqramı çərçivəsində 1398 müraciət mərhələli seçim nəticəsində dəyərləndirilib və 25 tələbə Azercellin Təqaüdçüsü adına layiq görülüb. Qaliblər ali təhsillərinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə, məlumat sessiyalarında və kurslarda iştirak etmək imkanını əldə ediblər.

Azercell şirkəti bundan sonra da istedadlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərməkdə davam edəcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment