1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB –dən İnternet Bankinq əməliyyatlarına 20% endirim
04.03.2019

Bakı, FinanceTime. Bank “BTB” ASC 4 mart-dan 1 maya-dək İnternet Bankinq xidmətinə qoşulacaq hüquqi şəxslər və fərdi sahibkarlar üçün endirim Kampaniyası elan edir. Kampaniya İnternet Bankinq xidmətinin inkişafına və müştərilərin daha operativ, təhlükəsiz və sərfəli şərtlərlə əməliyyat aparmalarına ünvanlanıb.

Belə ki, Bank BTB İnternet Bankinq vasitəsilə edilən əməliyyat sifarişləri üzrə tariflərə 2019-cu ilin sonunadək 20% endirim təqdim edir.

Kampaniyanın şərtlərinə əsasən endirimli təriflər yalnız Bank “BTB” ASC ilə güzəştsiz standard tariflərlə müqavilə bağlamış və ya yeni müqavilə bağlayacaq hüquqi şəxs və ya fərdi sahibkar olan müştərilərə aid olunur.

Kampaniya çərçivəsində müştərilər banka gəlmədən İnternet Bankinq vasitəsilə edəcəkləri əmək haqqı köçürmələri, ölkədaxili AZN köçürmələri, bank xaricinə USD, EUR, GBP və RUB valyutasında olan köçürmələri, həmçinin nağdsız konvertasiya əməliyyatı sifarişlərini, banka gələrək edəcəkləri əməliyyat sifarişlərilə müqayisədə 20% endirimli tariflərlə icra edə biləcəklər.

Qeyd edək ki, Bank “BTB” ASC-nin İnternet Bankinq əməliyyatını aktivləşdirmək üçün müştərilər bankın istənilən xidmət nöqtəsinə müraciət edə bilərlər.

Bank BTB-nin İnternet Bankinq xidmətindən istifadəçilərin rahat istifadəsi üçün rəsmi saytında İnternet Bankinq bölməsində video təlimatlar yerləşdirilib. Video təlimatlar “İnternet Bankinq”da mövcüd olan bütün əməliyyatların həm vizual həm də audio formatında təsvirini əhatə edir.

Bank “BTB” ASC –nin təqdim etdiyi bütün məhsul və xidmətlər, xidmət nöqtələri və ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə, www.btb.az   saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb ) daxil ola bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment