1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Problemli kreditlərlə bağlı fərman bankların capital mövqeyini xeyli möhkəmlətməsinə imkan yaradacaq”- Bank rəsmisi
04.03.2019

Unibank KB İdarə heyəti sədrinin 1-ci müavini Asəf Hüseynov bildirib ki,Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı banklar üçün çox vacib əhəmiyyət daşıyır və fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində bankların capital mövqeyi xeyli gücləncək: “Banklar problemli kreditlərlə bağlı kifayət qədər kapital ehtiyatları yaradırlar. Bu onların kapitallarının aşağı düşməsinə səbəb olur. Kapitalın aşağı düşməsi isə iqtisadiyyatın kreditləşməsinin həyata keçirilməsini məhdudlaşdırır. Problemli kreditlərin ödənişlərinin həyata keçirilməsi və restrukturizasiya proqramı bankın kapital mövqeyinin kifayət qədər möhkəmləndirilməsinə səbəb olacaq. Bunun nəticəsində və eyni zamanda proqram çərçivəsində banklara verilən maliyyə dəstəyi, bankların aktiv kreditləşmə həyata keçirməsinə imkan yaradacaq. Belə ki, problemli kreditlər üzrə ödəniş nəticəsində bank sistemində hər 100 milyon manat kapital artımı əlavə 1 milyard manat kredit vermə imkanı yaradır.  Bildiyiniz kimi, kiçik və orta sahibkarlığın kreditləşməsinin daha da artırılması tövsiyyə olunur. Dövlətin dəstəyi bankların bu sahədə fəaliyyətlərini daha da genişləndirməsinə imkan yaradacaq.

İkinci və əsas məsələlərdən biri odur ki, bankların bu gün kifayət qədər əməliyyat xərcləri var. Problemli kreditlərin təmin edilməsi ilə bağlı banklar kifayət qədər resurs xərcləyirlər. Bura İT resursları, digər xərclər, əmək haqqı və s. daxildir. Deyə bilərəm ki, bank işçilərinin 10-15%-i problemli kreditlərlə əlaqədar çalışan əməkdaşlardır. Problemli kreditlərin həlli bankların bu əməliyyat xərclərini kəskin şəkildə azaltmasına imkan verəcək və nəticədə əməliyyat mənfəəti artacaq.

Üçüncü və ən vacib məsələlərdən biri, bu fərmanda nəzərdə tutulan tədbirlərin nəticəsində banklar haqda müştərilərdə yaranan neqativ auranın aradan qalxmasıdır. Çünki kifayət qədər problemli kredit, insanların əmək haqqlarından tutulan məbləğlər, bir sıra məcburi tədbirlərin görülməsi müştəri kommunikasiyasına bir qədər neqativ fon gətirmişdi. Bu problemlərin Cənab Prezidentin verdiyi fərmanla aradan qaldırılması, bank və müştəri münasibətlərini başqa bir formata qaytaracaq. Bu da biznesin daha yaxşı inkişaf etdirilməsinə təkan verəcəkdir. Kompleks baxdıqda, qeyd etdiyim neqativ aura, həm əməliyat xərcləri, həm kapital dəstəyi, həm də iqtisadiyyatın kreditləşdirilməsi üçün likvidlik dəstəyi- yəni bu kömək paketi bütöv iqtisadiyatı əhatə etmiş olur və real iqtisadiyyata kifayət qədər dəstəyə imkan yaradacaq”.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment