1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Turizm Agentliyi Çindən turist axını olacağını bəyan edir
01.03.2019

Bakı, FinanceTime. Martın 1-də Pekində “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. 

Memorandum sənədini Azərbaycan tərəfindən Agentliyin sədri Fuad Nağıyev, Çin tərəfindən isə ÇXR-in mədəniyyət və turizm nazirinin müavini Janq Syu imzalayıb.

Sənəd 27 fevral-1 mart tarixlərində Pekin şəhərində “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası”nın 7-ci iclası çərçivəsində imzalanıb. İmzalanma mərasimində “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası”nın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev, xarici işlər nazirinin müavini Ramiz Həsənov, Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı və Komissiyanın digər üzvləri iştirak edib.

Fuad Nağıyevin sözlərinə görə sözügedən sənəd iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yeni mərhələsindən xəbər verir. 

“Yeni müqaviləyə əsasən yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub. İndi isə biz Çindən Azərbaycana bir neçə dəfə çox turist gələcəyini deyə bilərik”, deyə Dövlət Turizm Agentliyinin sədri  Fuad Nağıyev bildirib.   

“Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biri seçilib. Ümumilikdə, 12 hədəf istiqamət mövcuddur. Bura həm post- Sovet məkanı, həm  Asiya, həm  Avropa, həm Yaxın Şərq daxildir.  Çin də daxil olmaqla artıq altı ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir. Yaxın gələcəkdə daha 4 ölkədə nümayəndəliyimiz açılacaq”, deyə Fuad Nağıyev qeyd edib.    

Dövlət Turizm Agentliyinin sədri bildirib ki, cənab Prezident İlham Əliyevin tapşırığına əsasən formalaşmaqda olan turizm sənayesinin iştirakçıları Azərbaycana gələn turistlərin 2 dəfəyədək artmasını təmin etməlidirlər. Bununla yanaşı turistlərin məmnunluğu ən yüksək səviyyədə təmin olunmalıdır.  “Biz – turizm sənayesinin təmsilçiləri, cənab Prezidentin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısını daim hiss edirik. Qarşıya qoyulmuş tapşırıqların hamısı, sözsüz ki, icra olunacaq” – Dövlət Turizm Agentliyinin sədri deyib.

Azərbaycan Dövlət Turizm Agentliyi 2018-ci ilin aprelində yaradılıb. Sentyabr ayında yeni qurumun strukturu təsdiq olunub. Qısa müddət ərzində Dövlət Agentliyi və onun tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən ölkəyə turistlərin cəlb edilməsi üçün 2018-2023-cü illəri əhatə edən konsepsiya hazırlanıb. Noyabr ayında “Bir daha bax” (“Take another look”) şüarlı yeni brendin  Londonda dünyamiqyaslı təqdimatı həyata keçirilib. 2020-ci ilin sonuna qədər ölkənin turizm potensialının tanıdılması  məqsədilə beynəlxalq sərgilərdə iştirak, prioritet bazarlarda təqdimatların keçirilməsi də daxil olmaqla, geniş miqyaslı təbliğat işlərinin görülməsi nəzərdə tutulub. Bundan əlavə, biznes nümayəndələri ilə görüşlər təşkil olunur, KİV-lərdə və sosial şəbəkələrdə aktiv iş aparılır. 

Ölkədə turistlərin məmnunluğunun artırılması üçün ixtisasyönümlü təhsil sahəsində islahatlar aparılır, biznes assosiasiyalarına dəstək verilir, kadrların hazırlıq səviyyəsi qaldırılır, normativ-hüquqi sahədə yeniliklərin tətbiqi ilə bağlı işlər görülür. 

Planlara əsasən, yaxın 10 ildə turizm sənayesi ölkənin ÜMD-nin  10 faizədək hissəsini təşkil edəcək.

Ötən ilin nəticələrinə görə Azərbaycana 2 milyon 850 min nəfər xarici vətəndaş səfər edir. Onların ölkə iqtisadiyyatına ümumi töhfəsi  2 milyard dollara yaxın olub. 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment