1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank STEP IT Academy ilə memorandum imzalayıb
01.03.2019

Bakı, FinanceTime. Kapital Bank İT sahəsi üçün mütəxəssislər hazırlayan, beynəlxalq STEP IT Academy ilə tərəfdaşlığı əks etdirən memorandum imzalayıb. Bununla bağlı 27 fevral 2019-cu il tarixində Kapital Bank-ın İnsan Kapitalı Akademiyasında tərəflərarasında tədbir keçirilib.

İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və STEP IT Academy-nin Bakı nümayəndəliyinin rəhbəri direktoru Oleksii Slieptsov iştirak edib.

Memorandumun əsas məzmunu tərəflər arasındakı qarşılıqlı əməkdaşlığın təmin edilməsidir. Son dövrlər İnformasiya Texnologiyalarının inkişafı ilə əlaqədar olaraq, bu sahəyə marağın artması və işçi ehtiyacının təmin edilməsi üçün, STEP IT Academy tələbələrinin Kapital Bank-da keçiriləcək təcrübə proqramlarına cəlb edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, STEP IT Academy dünyanın 19 ölkəsində 55 filial ilə təmsil olunur və 20 ildir kompüter təhsili sahəsində peşəkar proqramçılar, dizaynerlər və şəbəkə mühəndisləri hazırlayır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment