1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı electron bankçılıq xidmətləri üzrə liderdir
01.03.2019

Bakı, FinanceTime. Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının 2018-ci il üzrə nağdsız ödənişlərin inkişafı istiqamətində birgə keçirdikləri müsabiqənin nəticələri elan edilib. Azərbaycan Beynəlxalq Bankı “Elektron bankçılıq xidmətləri üzrə lider bank” nominasiyasında 1-ci yerin qalibi olub. 28 fevral 2019-cu Il tarixində Mərkəzi Bankda keçirilən mərasimdə mükafat banka təqdim olunub.

Azərbaycan Beynəlxalq Bankı electron bankçılıq xidmətlərini mütəmadi olaraq inkişaf etdirir. Ölkədə nağdsız ödəniş infrastrukturunun inkişafına davamlı dəstək verir. Bankın aktiv plastic kartlarının sayı 1 milyon300 mindən çoxdur. 762 ATM-i ilə Azərbaycan Beynəlxalq Bankı ölkədə ən geniş ATM şəbəkəsinə malik bankdır. Hazırda müxtəlif ticarət və xidmət mərkəzlərində bankın 12,250 POS-terminalı fəaliyyətdədir. Azərbaycan Beynəlxalq Bankı həm də ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. VISA, MasterCard, American Express, Union Pay, Diners Club, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər yerində faydalana biləcəkləri geniş çeşidli elektron bank xidmətləri göstərir. 

Bankın Elektron ödənişlər departamentinin direktoru Eldar Cəbrayılov bildirib: “Elektron bankçılıq xidmətləri üzrə lider bank” nominasiyasının qalibi olmağımız bu istiqamətdə əldə etdiyimiz nəticələrə verilmiş yüksək qiymətdir. Biz bu sahədə layihələrimizi davam etdirməkdəyik. Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına bundan sonra da öz töhfələrini verəcək”  

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment