1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“UNEC -100” - Beynəlmiləl universitet
28.02.2019

Bakı, FinanceTime.  “UNEC-100” İnkişaf strategiyasında universitetin 2030-cu ilədək beynəlmiləl universitetə çevrilməsi strateji məqsədlərdən biri kimi təsbit olunub.

UNEC-in beynəlmiləlləşməsinin daha da genişləndirilməsi məqsədilə strategiyada hədəflər və fəaliyyət istiqamətləri müəyyən edilib. Belə ki, UNEC-də əcnəbi tələbələrin payının artırılması üçün hədəf ölkələrdə UNEC-in imicinin yüksəldilməsi, qəbul ofislərinin açılması, beynəlxalq vasitəçi təhsil şirkətləri ilə effektiv və səmərəli əlaqələrin qurulması, o cümlədən ali məktəblərə qəbul üzrə beynəlxalq statuslu imtahanların nəticələri əsasında tələbə qəbulu imkanlarının genişləndirilməsi nəzərdə tutulub.

Hazırda bakalavr və magistratura pilləsi üzrə dünyanın aparıcı ali təhsil müəssisələri ilə ikili diplom proqramları reallaşdırılan UNEC-də 2030-cu ilədək bu proqramların sayının davamlı artırılması istiqamətində məqsədyönlü işlər aparılır. Strategiyaya görə, UNEC nüfuzlu universitetlərlə bakalavr, magistratura və doktorantura üzrə beynəlxalq ikili diplom proqramların sayını 10-a çatdırmağı və ingilis dilində təhsil proqramlarının sayını davamlı artırmağı hədəf seçib.

UNEC-də kadr potensialının gücləndirilməsi və bu istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması məqsədilə 2030-cu ilə qədər beynəlxalq mübadilə proqramlarında iştirak edən tələbə, müəllim və inzibati işçilərin sayının artırılması da nəzərdə tutulub. Bu məqsədlə effektiv əcnəbi tələbələr ofisinin yaradılması, beynəlxalq mübadilə tələbəsi statusunun müəyyən edilməsi və onlar üçün prosedurların sadələşdirilməsi, beynəlxalq tərəfdaşlarla əlaqələrin effektivliyinin artırılması sənəddə əks olunub. Eyni zamanda əcnəbi tələbə və müəllimlərə Azərbaycan dilini, UNEC-in akademik və inzibati heyət üçün isə xarici dil öyrənmək imkanının yaradılmasına da yer verilib.

Strategiyaya əsasən, ingilis dilində təhsil proqramlarının sayını davamlı artırmaq məqsədilə müasir standartlara cavab verən Xarici Dil Mərkəzinin formalaşdırılması və tələbələr üçün ingilis dilində hazırlıq proqramlarının təklif edilməsi təmin olunacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment