1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar”növbəti rəsmi mağazasını Qəbələdə təqdim etdi
28.02.2019

Bakı, FinanceTime.  “Nar” paytaxtla yanaşı, regionlarda yaşayan sakinlərə göstərilən xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə, mağazalarının sayını artırmaqda davam edir. Mobil operator növbəti rəsmi mağzasını Qəbələdə təqdim edib. Yeni konseptə uyğun mağaza Qəbələ rayonu, H.Əliyev küçəsində yerləşir. Qeyd edək ki, müasir avadanlıqlarla təchiz edilmiş dükanda müştərilərə müxtəlif təkliflərlə xidmət göstəriləcək. Özünün müştəri yönümlülük dəyərlərinə sadiq qalan “Nar”, mağazada nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı, eyni zamanda diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək.

Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq, fevral ayının 28-i və martın 1-i mağazaya gələn hər bir müştəriyə “Nar” nömrə hədiyyə veriləcək. Bundan başqa, telefon və aksesuar alanlara da “Nar” nömrələr hədiyyə olunacaq.

Qeyd edək ki, “Nar” paytaxtla yanaşı, ölkənin regionlarına xüsusi diqqəti ilə seçilir və bölgələrdə yaşayan abunəçilərə yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərir. Bu çərçivədə “Nar” xüsusi olaraq Azərbaycanın bölgələrində yaşayan abunəçilərinə cəmi 1 qəpiyə danışmaq imkanı verən “Yerlim” tarifini təqdim edib.

“Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment