1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Silk Way West Airlines” aviaşirkəti İOSA auditini yenidən uğurla keçmişdir
27.02.2019

Bakı, FinanceTime. Azərbaycanın yük aviaşirkəti “Silk Way West Airlines” növbəti dəfə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA)İOSA (IATA Operational Safety Audit) standartına uyğunluğu üzrə audit yoxlama prosedurunu uğurla keçmişdir və müvafiq sertifikatı daha iki il müddətinə - 2021-ci ilin yanvar ayınadək uzatmışdır.

Nəzərə alsaq ki, bu standartın tələbləri ildən-ilə sərtləşdirilir, keçirilən audit “Silk Way West Airlines” aviaşirkətini bir daha mülki aviasiyada ən ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı yük aviadaşıyıcı kimi təsdiqləmişdir.

İOSA (İATA-nın İstismar Təhlükəsizliyinin Audit proqramı) - bir neçə bölmə üzrə strukturlaşdırılan bir neçə yüz mütləq standart və tövsiyyə olunan prosedurlardır. Aviaşirkət auditin keçirilməsi zamanı bu standartlara və tövsiyyə olunan prosedurlara cavab verdiyini təsdiq etməlidir. Təhlükəsizlik təhlili təkcə aviaşirkətin istehsal fəaliyyətinin deyil, həm də onun təşkilati strukturunun qiymətləndirilməsini nəzərdə tutur. İnsan amili təsirindən risklərin minimallaşdırılması sistemi və düzəliş əməliyyatlarının vaxtında təmin edilməsinə imkan verən əks əlaqə sistemi nəzərdə tutulmuşdur. Aviaşirkətin hər bir əməkdaşının hərəkətləri ən xırda təfərrüatına kimi qeyd edilir ki, bu da uçuşların təhlükəsizliyinin təmin edilməsi texnologiyası haqqında danışmağa imkan verir.

“Silk Way West Airline” aviaşirkəti artıq üçüncü dəfədir ki, İOSA sertifikatını alır. Belə ki, aviaşirkət ilk dəfə İOSA sertifikatını 2015-ci ildə almışdır. Aviaşirkət “Azərbaycan Hava Yolları”ndan (AZAL) sonra ölkədə İOSA sertifikatına malik ikinci aviaşirkətdir. 

Audit hava daşımaları, mühəndislik və texniki xidmət, aviasiya xidmətləri, yerüstü xidmət və yük emalı, uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin təmin edilməsi, personalın idarə olunması və keyfiyyətin təminatı şöbələrində, həmçinin uçuşları idarəetmə mərkəzində keçirilmişdir. İOSA auditinin başa çatması“Silk Way West Airlines” aviaşirkətinin uçuşların təhlükəsizliyi üzrə ən yüksək standartlara sadiqliyini bir daha təsdiqləyir.

2012-ci ildə yarandığı andan etibarən yük aviadaşıyıcısı bütün dünya üzrə bir çox istiqamətləri əhatə etmək məqsədilə öz marşrut şəbəkəsini daima genişləndirir. “Silk Way West Airlines” doqquz“Boeing B747” təyyarəsi ilə Bakıdan Honkonq, Osaka, Seul, Dəkkə, Şanxay, Sinqapur, Kuala-Lumpur, Çikaqo, Milan, Amsterdam, Lüksemburq, İstanbul, Dubay və s. kimi əsas nəqliyyat hablarına uçuşlar yerinə yetirir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment