Bakı, FinanceTime. 26 fevral 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106003756ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98.1897 AZN (9.7100%)və 101.5624 AZN (8.4000%) olan 7 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (9.0000%), orta ölçülmüş qiyməti 100.0776 AZN (8.9699%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25,018,800.00 AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 22.02.2022-ci il.
Hərrac iştirakçıları 27 fevral 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.