1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Region hotelləri ilə əlaqə genişləndirilir
25.02.2019

Bakı, FinanceTime.  Azərbaycan Hotel Assosiasiyası ilə region hotelləri arasında əməkdaşlıq və davamlı əlaqənin təməlini qoymaq və gələcəkdəki fəaliyyətlərində region hotellərində xidmət keyfiyyətini artırmaq üçün ilkin planlaşdırmalar aparılır.

Bu prosesin gedişatı Azərbaycan Hotel Assosiasiyasının nümayəndələrinin regionlara silsilə səfərləri çərçivəsində müzakirə olunub.

AHA-nın nümayəndələri 20 fevralda Qubada Qusar, Quba, Şabran, Xaçmaz, Nabran, Siyəzən və Xızıda yerləşən, 21 fevralda Qəbələdə Şamaxı, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Qax, Zaqatala, Balakən, Göyçay rayonlarını əhatə edən, 23 fevralda Gəncəyə səfər edərək Göygöl, Mingəçevir, Naftalan, Şəmkir, Gəncə, Tovuz, Gədəbəy, Goranboy, Yevlax, Bərdə, Qazax, Ağstafa ərazisindəki hotellərlə, 24 fevral tarixində isə Lənkərana səfər edərək Masallı, Lerik, Lənkəran, Astara, Yardımlı, Cəlilabad, Neftçala, Salyan, Hacıqabul, İmişlidə yerləşən hotellərin nümayəndələri ilə görüşlər keçiriblər.

Görüşlərdə Assosiasiyanın əsas məqsədi və fəaliyyət istiqamətləri haqqında məlumat verilib, hotel nümayəndələrinin fikirləri dinlənilib, qarşılaşdıqları çətinliklər barəsində müzakirələr aparılıb.

Səfərlər çərçivəsində bölgələrin turizm imicini formalaşdırmağı və destinasiya brendini yaratmağı hədəfləyən Quba və Şəki üzrə Destinasiya Menecmenti Təşkilatlarının da təqdimatı keçirilib.

Xatırladaq ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Hotellər Assosiasiyası ölkədə hotelçilik sənayesini inkişaf etdirmək məqsədini daşıyır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment