1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Kartla ödə, Kartla qazan!” lotereyasının qaliblərinə Bank of Baku-dan Bolkart + 50 AZN BAL HƏDİYYƏ!
20.02.2019

Bakı, FinanceTime. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə keçirilən “Kartla ödə, Kartla qazan!” lotereyasına yaxından maraq göstərən “Bank of Baku” da lotereya qaliblərinin sevincinə səbəb olacaq kampaniyaya start verir.

Belə ki, ölkəyə ilk taksit kartı təcrübəsini gətirərək nağdsız ödənişlərin genişlənməsi yolunda ciddi addımlar atan Bank, “Kartla ödə, Kartla qazan!” lotereyasında qalib olan müştərilərinə əlavə olaraq Bolkart debet + 50 AZN BAL qazandıracaq.

Lotereya şərtlərinə əsasən 01 fevral tarixindən ölkə ərazisində fəaliyyət göstərən istənilən bankın plastik kartı ilə ölkədaxilində POS-terminal vasitəsilə minimum 5 (beş) manat məbləğində ödəniş edən hər bir kəs lotereyada iştirak hüququ əldə edir. Fevral, mart və aprel aylarını əhatə edən lotereya dövründə 1800 nəfər qalib olaraq Mərkəzi Bank tərəfindən təyin olunmuş 50 (əlli) manat uduş məbləği ilə mükafatlandırılacaq.

Bank of Baku-nun keçirdiyi kampaniyaya əsasən qaliblər sırasında Bank of Baku-ya aid plastik kartlarla (maaş və ya təqaüd kartları, kredit və ya debet kartları) ödəniş edərək qalib olan şəxslər isə əlavə olaraq Bank of Baku-dan Bolkart debet + 50 AZN BAL qazanacaq. Əgər qalib olan şəxsin Bolkart debet və ya kredit kartı varsa, 50 AZN BAL həmin şəxsin kart hesabına yerləşdiriləcək. Qeyd edək ki, 1 BAL=1 AZN kimi qiymətləndirilir. Yəni, müştəri kart balasındakı BAL-larla 50 AZN dəyərində pulsuz alış-veriş edə bilər.

Bank of Baku-nun keçirdiyi bu və ya digər kampaniyalar haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku, “Kartla ödə, Kartla qazan!” lotereyası haqqında daha ətraflı məlumatla isə Mərkəzi Bankın rəsmi internet səhifəsinə (https://goo.gl/4huhTk) daxil olaraq tanış olmaq olar.

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment