1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır
19.02.2019

Kitabı tanıdın, kitabla tanının!

Bakı, FinanceTime. Ölkəmizdə hər zaman innovativ ideyalara, bir çox layihələrə dəstək verən şirkət kimi tanınan Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır. Festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, eləcə də mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. Yaşından asılı olmayaraq hər bir kəs sevdiyi Azərbaycan müəllifinin əsərinə buktreyler çəkib, onu festivalın rəsmi internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə yarışmada iştirak edə bilər. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasıdır.

Bu ilki IV Buktreyler Festivalı iştirakçılar üçün bir yenilik təqdim edir. Belə ki, layihənin əsas tərəfdaşı olan ölkənin lider operatoru Azercell şirkəti “Ən Yaxşı Mobil Buktreyler” nominasiyası üzrə 1.000 AZN pul mükafatı ayırmışdır. Hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkib, bu nominasiya üzrə festivala müraciət etməklə 1.000 AZN məbləğində mükafat qazanmaq şansını əldə edə bilər.

Bir iştirakçı tərəfindən təqdim olunan buktreylerin sayına məhdudiyyət qoyulmur. İştirak şərtləri və tələbləri haqda məlumatı www.booktrailer.az rəsmi internet səhifəsindən və ya https://www.facebook.com/BooktrailerFest/ Facebook səhifəsindən əldə etmək olar. Həmçinin yaranmış bütün suallarla bağlı festival2019@booktrailer.az email  ünvanına müraciət etmək mümkündür.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən 1-ci yerin qailibi 1000 AZN, 2-ci yerin 2 qalibi 800 AZN, 3-cü yerin 3 qalibi 500 AZN dəyərində mükafat qazanacaq. Mobil telefonla buktreyler çəkmiş qalibi isə Azercell şirkəti tərəfindən “Ən Yaxşı Mobil Buktreyler” nominasiyası üzrə 1.000 AZN pul mükafatı gözləyir.

Buktreylerlərin son qəbul tarixi 1 aprel, 2019-cu ildir.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment