1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Qala Sığorta”ya ən nüfuzlu biznes mükafatı - “Uğur 2018” Milli Mükafatı təqdim edildi
19.02.2019

 

Azərbaycan sığorta bazarında daim öz yenilikləri və yüksək inkişaf dinamikası ilə seçilən “Qala Sığorta” ASC “İlin Sığorta Şirkəti” nominasiyası üzrə ölkənin ən nüfuzlu biznes mükafatı sayılan “Uğur 2018” Milli Mükafatına layiq görülüb. 

Bakı, FinanceTime. Təqdimat mərasimdə çıxış edən “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Allahverdiyev “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkəti adından təşkilatçılara öz minnətdarlığını bildirib.

F.Allahverdiyev qeyd edib ki, belə bir mükafata layiq olmaq şirkətin fəaliyyət göstərdiyi sahədə əməkdaşların göstərdiyi peşəkar səylərin və onların əldə etdiyi nailiyyətlərin nəticəsidir:

“Qazandığımız uğurlar və ölkənin ən nüfuzlu biznes mükafatını almaq öz növbəsində “Qala Sığorta” olaraq üzərimizdə daha böyük məsuliyyət yaradır. Əminəm ki, “Qala Sığorta” komandası belə bir məsuliyyəti dərindən dərk edərək bu gözləntiləri doğruldaraq növbəti uğurlara imza atacaq: - deyə F.Allahverdiyev vurğulayıb.    

Qeyd edək ki, Azərbaycan sığorta bazarında geniş çeşidli məhsulları və çevik inkişafı ilə seçilən “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb.

Xatırladaq ki, ölkənin işgüzar dairələrində ən nüfuzlu mükafat sayılan “Uğur” Milli Mükafatı 2000-ci ildə işgüzar nəşr olan “Consulting&Business” jurnalı tərəfindən təsis edilib. Mükafat fəaliyyət sahəsi üzrə əhəmiyyətli nailiyyətlər əldə etmiş və Azərbaycanın inkişafında töhfə vermiş qurumlara, təşkilatlara, şirkətlərə verilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment