1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Acer” Azərbaycanda “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərini mükafatlandırdı
18.02.2019

Bakı, FinanceTime. Dünyanın aparıcı kompüter istehsalçılarından olan “Acer” şirkəti 12-14 fevral tarixlərində Təhsil Nazirliyinin “SABAH” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qaliblərinə mükafatları təqdim edib. “Acer” şirkəti sözügedən müsabiqənin tərəfdaşı qismində çıxış edirdi.

Müsabiqənin məqsədi ümumi təhsilin inkişafı, 9-10-cu sinif şagirdlərini elmi və yaradıcılıq faəliyyətlərinə təşviqi, həmçinin, elmi tədqiqatlara həvəsi olan və istedadlı məktəblilərin seçilməsi idi. Müsabiqədə riyaziyyat, fizika, astronomiya, kimya, biologiya, ekologiya və ətraf mühitin idarə olunması, tibb və sağlamlıq, mühəndislik və kompüter elmləri sahəsində 187 elmi layihə təqdim edən 300-dən çox məktəbli iştirak edib. Müsabiqənin nəticələrinə görə, ABŞ-da keçiriləcək İSEF elmi-texniki yarmarkasına göndəriləcək 5 qalib müəyyənləşdi. Bundan əlavə, ən parlaq layihələrin qaliblərinə diplomlar və “Acer Extensa” noutbukları təqdim olundu.

«“Sabahın alimləri” müsabiqəsi məktəblilərin gələcək inkişafına, karyera artımına və yeni perspektivlərə güclü bir təkandır. Bizim missiyamız yerli, eyni zamanda beynəlxalq bazarlara yeni fikirlər və həllər gətirən istedadları müəyyənləşdirməyə kömək etməkdir. “Acer”in dinamik və interaktiv öyrənmə mühitinə dəstək vermək üçün hazırlanmış unikal proqram təminatı ilə tamamlanan geniş məhsul çeşidi hər mərhələdə, hətta məktəbdən kənar mühitdə öyrənməyə imkan verir», - deyə Acer şirkətinin vitse prezidenti Qriqoriy Nizovskiy bildirib.

Şirkətin aparat həllərinə tabletlər, “ikisi birində” tipli cihazlar, noutbuklar, masaüstü kompüterlər, monitorlar, proyektorlar və s. daxildir.

Qeyd edək ki, “Sabahın alimləri” VIII Respublika müsabiqəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi və Təhsil İşçilərinin Müstəqil Həmkarlar İttifaqı tərəfindən dəstəklənir.

 

“Acer” şirkəti haqqında:

1976-cı ildə təsis olunan “Acer” şirkəti İT-xidmətlərin göstərilməsi və apparat və proqram təminatının istehsalında ixtisaslaşıb. Şirkət istifadəçinin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə innovasiya məhsullarının tədqiqatı, hazırlanması, marketinqi, satışı və xidmətin göstəriləməsi ilə məşğuldur. “Acer”in məhsulları sırasında fədri kompüterlər, proyektorlar, serverlər, planşetlər, smartfonlar və daşıyıcı qurğular yer alır. Şirkət, həmçinin, əşyaların internetini vahid bir yerdə toplayan bulud həlləri üzərində işləyir. 2016-cı ildə 40-illik yubileyini qeyd edən “Acer” hazırda fərdi kompüter istahsalı üzrə dünyanın 5 ən iri şirkəti sırasındadır. 160-dan çox ölkədə təmsil ounan “Acer” şirkətində 7 000 işçi çalışır. Ətraflı məlumat üçün: www.acer.com.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment