1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır
15.02.2019

İnnovativ ideyalarınızı biznesə çevirmək üçün əla imkan

Bakı, FinanceTime.  “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi innovativ və maraqlı ideyalarını uğurlu biznesə çevirmək arzusunda olan startaplara növbəti dəfə dəstək olur. Belə ki, 10 il fəaliyyətdə olan mərkəz ölkədə sahibkarlıq mühitinin və rəqəmsal ekosistemin inkişafı üçün “Barama İnkubasiya Proqramına” start verir. Proqramın məqsədi gənc startapçılara yardım etmək, müxtəlif dəstək resursları və xidmətlər vasitəsilə onların biznesini sürətləndirməsinə təkan verməkdən ibarətdir. Layihədə uğur qazanan startaplar 6 ay ərzində ödənişsiz ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər.İnkubasiya proqramında İnformasiya Texnologiyaları, Virtual oyunlar, Media, Səhiyyə texnologiyaları (MedTech), Əşyaların İnterneti (IoT), Maliyyə texnologiyaları (FinTech), Kənd təsərrüfatında innovativ həllər (AgTech), Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Süni Zəka (AI), Bulud Hesablamaları və Biznes Həlləri, Sığorta Həlləri (İnsurtech), Səyahət və Turizm ( TravelTech), Proqram təminatı xidmət kimi (SaaS) layihələrinə daha çox üstünlük veriləcək.

Barama İnkubasiya Proqramına müraciət etmək üçün https://gate.barama.az/registration.php

 linkinə daxil olaraq onlayn surətdə müraciət formasını doldurmaq tələb olunur. Müraciətlər 15 Mart, 2019-cu il tarixinə qədər qəbul ediləcək. Onlayn müraciəti tamamladıqdan sonra təqdim olunan layihə Barama heyəti tərəfindən dəyərləndiriləcək və meyarlara uyğun gələn komandalar seçimin ikinci mərhələsi olaraq biznes planları ilə birgə layihələrini əyani formada təqdim etmək üçün Mart ayı ərzində ofisə dəvət olunacaqlar. İkinci seçim mərhələsini də uğurla keçmiş komandaların adları açıqlandıqdan sonra həmin komandalar Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcəklər.Layihə haqqında daha ətraflıməlumatı www.barama.az saytından əldə etmək olar.

Mərkəz yarandığı vaxtdan etibarən startaplara dəstək olmuş, Azərbaycanın rəqəmsal ekosisteminin inkişaf etdirilməsi istiqamətində bir sıra böyük tədbirlərə ev sahibliyi etmiş, müxtəlif layihələr həyata keçirmişdir. Azercell və PAŞA Bankın dəstəyi ilə Barama hazırda Azərbaycanın əsas startap inkubasiya mərkəzlərindən biridir və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment