1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


BANK OF BAKU - 25 il sizə yaxın innovativ bank!
14.02.2019

Bakı, FinanceTime. XX əsrin sonlarında təməli qoyulan və XXI əsrdə də fəaliyyətini inamla, əzmlə və uğurla davam etdirən Bank of Baku bu gün – yəni, 14 fevral tarixində 25 yaşını qeyd edir.

1994-cü ildən bu günə kimi fəaliyyətində Sizə Yaxın Bankçılıq şüarını əsas tutaraq, müştərilərinin məmnunluğu üçün daim çalışan, müasir dövrün bankçılıq tələblərini diqqət mərkəzində saxlayıb 25 il ilmə-ilmə toxuduğu uğur xalçası ilə onların qəlbini fəth edən Bank, öz fəaliyyəti dövründə ən əsas missiyaya – müştəri sevgisini qazanmağa sadiq qaldı.

25 il ərzində, dövrünün ən vacib yeniliklərinə imza ataraq, sektorda “İlklərin Bankı” olaraq tanındı, təqdim etdiyi inqilabi rəqəmsal maliyyə xidmətləri ilə “İnnovativ Bank” olaraq yoluna davam etdi. Gördüyü işlər, gətirdiyi yeniliklərlə bank sektorunda dalğa effekti yaradan Bank of Baku, ölkə iqtisadiyyatının inkişafına töhfə verdi, maliyyə savadlılığının yüksəldilməsi yönündə ciddi addımlar atdı. Bank, ölkəyə ilk taksit kartı – Bolkartı qazandıraraq nağdsız alış-verişlərə təkan verdi, ilk loyallıq klubu olan – Dostlar Klubu ilə müştərilərinə sadiqliyini nümayiş etdirdi. Bu gün bank müştəri xidmətləri sahəsinin ən önəmli hissəsinə çevrilən ödəniş terminalları və Q-matik sistemi kimi vacib xidmət vasitələrini də ilk dəfə bank sektoru ilə məhz Bank of Baku tanış etdi. 

Bütün yenilik və ilklərinin təməlində müştəri məmnuniyyəti əsas tutan Bank of Baku 25 ildə məhz onlar üçün yaratdı, yaratdığını daha da inkişaf etdirdi və qorudu. Sevgi günündə yaranan Bank olaraq, göstərdiyi xidmət və münasibətində sevgi və hörməti əskik etmədi. 

Ölkənin innovativ bankı - Bank of Baku 18 filialı ilə 1 milyondan çox müştəriyə xidmət göstərir.

Qeyd edək ki, bank 25 yaşına özəl olaraq HƏDİYYƏLİ YUBİLEY kampaniyasına start verib. Kampaniya haqqında ətraflı məlumatla buradan (https://goo.gl/AfhPRN ) tanış ola bilərsiniz.

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment