1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Sağlam məktəbli” layihəsi bu dəfə Şəki və Şamaxıda həyata keçirildi
14.02.2019

Bakı, FinanceTime.  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir. “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri fevralın 13-də Şəki şəhəri 10 saylı tam orta məktəb, Şəki şəhəri fizika-riyaziyyat təmayülü lisey və Şamaxı şəhəri S.M.Qənizadə adına 1 saylı tam orta məktəbdə keçirilib.

Tədbirdə məktəbin şagird və müəllim heyətinə təhlükəsiz qidalanma, enerji içkilərinin insan orqanizminə zərərləri, qida təhlükəsizliyinə dair ilkin vərdişlər, məktəbli çantasının hazırlanması qaydaları, süd və süd məhsullarının faydaları barədə məlumatlar verilib, Agentliyin hazırladığı video-çarxlar təqdim olunub. Sonda Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, "Sağlam məktəbli" layihəsi 2019-cu ildə Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə həyata keçirilməsi planlaşdırılıb. Layihənin keçirilməsində məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment