1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell nüfuzlu “Oracle Innovation Award” ilə təltif edildi
13.02.2019

Bakı, FinanceTime.  “Azercell Telecom” MMC 8 fevral tarixində Bakı şəhərində keçirilən “Oracle Cloud Day” illik konfransı çərçivəsində nüfuzlu “Oracle Innovation Award” (“Oracle İnnovasiya Mükafatı”) ilə təltif edilib. Qeyd edilən mükafat “Oracle Excellence Awards” (“Oracle Mükəmməllik Mükafatı”) qlobal programının bir hissəsidir. Namizədlər layihənin unikallığı, biznes üçün innovasiyanın üstünlüyü, şirkətin ölçüsünə nəzərən həllin miqyasının müqayisəsi, onun çətinliyi və mürəkkəbliyi, arxitekturanın orijinallığı kimi meyarlar üzrə dəyərləndiriliblər. Qeyd edək ki, Azercell Azərbaycanda İT sahəsinə etdiyi töhfəyə görə bu mükafata layiq görülüb. “Oracle Innovation Award” qabaqcıl həllər, texnologiyalar və Oracle bulud xidmətləri vasitəsilə çevikliyin artırılması, xərclərin azaldılması, əməliyyatların sürətləndirilməsi, İT infrastrukturunun sadələşdirilməsi sayəsində nəzərəçarpan biznes nəticələri əldə edən və dəyişikliyə nail olan şirkətlərə təqdim olunur. Qaliblər onlarla şirkətlərin sırasından seçilir.

Qeyd edək ki, 2018-ci ildəki uğurlu fəaliyyəti sayəsində Azercell biznes sahəsində nüfuzlu “Stevie” mükafatı çərçivəsində “İlin Kommunikasiya Şirkəti”, “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” və “İnsanların Seçimi üzrə Stevie” (“People`s Choice Stevie Awards”) mükafatı üzrə telekommunikasiya sahəsində “İlin ən sevilən şirkəti” adına layiq görüldü. Həmçinin ötən il “Azercell Telecom” MMC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (“İnsana Sərmayə Standartı”) tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatı qazanıb. Ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, Azercell MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment